Aviasiya Personalının Hazırlığı Mərkəzi (APHM)

Milli Aviasiya Akademiyasnın struktur bölməsi olan  Pilotların Hazırlığı Mərkəzinin Nəzəri Hazırlıq Şöbəsinin hava gəmilərinin (HG) istismarı, yerüstü texniki işlər, uçuşların təmini və aeroportların fəaliyyəti ilə bağlı xidmətlər üzrə aviasiya personalının peşəkar hazırlığı sahəsində geniş spektrdə tədris xidmətləri təklif edir.

PHM NHŞ-nin tədris proqramları EU-OPS, FCL tövsiyələri, digər məsul beynəlxalq mülki aviasiya təşkilatlarının hüquqi-normativ sənədləri əsasında hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) tərəfindən təsdiq edilmişdir. Tədris prosesinin təşkili və həyata keçirilməsi, tədris kurslarının kompleks tədris metodiki model işlənmələrinin həyata keçirilməsi daxil olmaqla, hazırlıq sisteminə və onun nəticələrinin qiymətləndirilməsinə peşəkar yanaşmanı nəzərdə tutan TRAINER ICAO-nun müasir metodologiyasına əsaslanır. PHM NHŞ İnternetə çıxmaq imkanı olan, EASA-PART 147 tələblərinə, beynəlxalq müasir standartlara uyğun quraşdırılmış texniki video və audio təqdimat vasitələri ilə təchiz olunmuş ixtisaslaşmış auditoriyalara, oxu zalına malik elektron kitabxanaya, kompüterlərlə təchiz olunmuş imtahanlara hazırlıq və biliklərin yoxlanması imkanı olan sinif otaqlarına malikdir. PHM NHŞ real aviatexniki qurğuların kompüter modelləşdirilməsi və metodiki tələb olunan şəraitin (həmçinin, fövqəladə halların) simulyasiyası daxil olmaqla praktiki və laboratoriya dərslərin keçirilməsi üçün bütün lazımi material-texniki və laboratoriya bazasına malikdir.

Bortbələdçilərin peşəkar biliklərinin praktiki öyrənilməsi sinfində fotonümayişli bortbələdçinin iş yerinin (Embraer-170/190, А-319/320, A-340-500, B-757-200, B-767-300, B-787 Dreamliner HG-lərinin tipləri üzrə) prosedur modelləşdirilməsi, lazımi audiomüşaiyətlə HG-lərinin biznes və ekonom klass sərnişin salonlarının konstruksiyalarının bölmələri, ilkin tibbi yardımın göstərilməsi qaydalarının öyrədilməsi üçün imitasiyalı (əyani) manekenlərin trenajorları vardır. Bu manekenlərin aşağıdakı növləri vardır:

  • Ürək-nəfəs reanimasiya fantom-sistemi (Ambu Man C);
  • Müxtəlif zədələr toplusuna malik tam boylu maneken (Full Body CPR/Trauma);
  • Kontrollerli uşaq maneken-trenajor;
  • Nəfəs yollarına yad predmetlərin düşməsi zamanı xilasetmə sistemi (Choking manikin).

Aviasiya personalının qəza-xilasetmə hazırlığı üzrə praktiki dərslər HG-nin əsas və ehtiyat qapılarını, HG-dən qəza hallarına çıxmanı, kabinənin və sərnişin salonunun tüstülənməsinin və yanmasının imitasiyasını, salonda rabitə və əlaqənin, sərnişinlər və bortbələdçilər üçün qəza stasionar oksigen sisteminin işə düşməsini imitasiyasını nəzərdə tutan Dооr Trainer (А-319/320, В-757-200; ATR-42/72) trenajorunda həyata keçirilir. Tədris prosesində instruktor yerindən məsafədən idarə olunan, həssas vericilərlə təchiz olunmuş çoxməqsədli  tüstü və yanğın trenajorundan və çox istifadə olunmaq üçün nəzərdə tutulan yanğınsöndürmə vasitələrindən istifadə olunur. Suda qəza-xilasetmə işləri üzrə hazırlıq xilasedici qayıqlar sistemindən və digər lazımi qurğulardan istifadə etməklə 25 metrlik qış hovuzunda həyata keçirilir.

Aeroportların aviasiya təhlükəsizlik sisteminin əməkdaşları praktiki dərslərini HG sərnişinlərinin və baqajın baxışdan keçirilməsinin real monitorinq kompleksi ilə təchiz olunmuş xüsusi auditoriyalarda keçirlər.

PHM NHŞ CRM qurğuları üzrə dərslərin təcrübi hissəsini keçilməsi zamanı vəziyyət modelləşdirilməsi prosesində lazım olanların hamısına malikdir: HG-lərinin tipləri üzrə nümayiş trenajorları (İL-76TD; ATR-42/72; A-319/320, B-757-200; MI-8MTV1, MI-171 və s.), audio və video yazan sistemlər, insan faktorunun sahəsində tədris üzrə ICAO-nun rəhbər sənədinə (Doc.9683) əsasən hədəf və səhv amillərin idarə edilməsi modelinin öyrənilməsi prosesində effektli istifadə etmək imkanı yaradan təlim materiallarına baxmaq və analiz etmək üçün müvafiq auditoriyalar.

PHM NHŞ-də modullu CBT tədris proqramlarının köməyi ilə IATA-nın 7, 8, 9, 10, 11 və 12-ci kateqoriyalı aviasiya personalının “Hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınması” kursunun tədris sistemi tətbiq olunur. PHM NHŞ-də texniki və səs izolyasiyası təminatı üzrə ICAO-nun tələblərinə uyğun tam ixtisaslaşmış auditoriyalarda HG-nin uçuş heyətlərinin və HHİ xidmətinin dispetçerlərinin ingilis dili biliklərinin ICAO-nun qiymət şkalasına uyğun olaraq yoxlanılması aparılır. PHM NHŞ-də HG-nin uçuş heyəti, HG-nin yerüstü texniki xidmətinin mühəndis-texniki heyəti, aviasiya təhlükəsizliyi, havada hərəkətin idarə olunması, aviasiya daşımaları xidmətlərinin mütəxəssisləri daxil olmaqla geniş spektrdə aviasiya personalına ilkin hazırlıq, yenidən hazırlıq və ixtisasartırma tədris kursları həyata keçirilir. Hər bir kursun tədris proqramında TRAİNER ICAO-nun tədris metodikasında nəzərdə tutulan nəzəri və təcrübi məşğələlərin uyğun keçirilməsi, test üsulu  daxil olmaqla tədris kurslarının nəticələrinin yoxlanması nəzərdə tutulur.

PHM NHŞ-də ilkin hazırlıq aşağıdakı istiqamətləri əhatə edir:

-CPL (A) + MPL (A) ATPL (A) (FROZEN) proqramı  üzrə pilotların ilkin nəzəri hazırlığı (təyyarə);

-CPL (A) + MPL (A) ATPL (A) (FROZEN) proqramı  üzrə qadın-pilotların ilkin nəzəri hazırlığı (təyyarə);

-CPL (H) + MPL (A) ATPL (A) (FROZEN) proqramı  üzrə pilotların ilkin nəzəri hazırlığı (helikopter);

– HG-lərinin bortbələdçilərinin ilkin hazırlığı (Embraer-170/190, А-319/320, A-340-500, B-757-200, B-767-300, B-787 Dreamliner, Gulfstream-200/500 HG-lərinin tipləri üzrə);

– HG-nin bort operatorlarının ilkin hazırlığı (İL-76TD, АN-12 HG-lərinin tipləri üzrə);

– Aviasiya təhlükəsizliyi üzrə aviasiya personalının (kateqoriyalar üzrə) ilkin hazırlığı;

– Hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınması üzrə aviasiya personalının (IATA-nın 7, 8, 9, 10, 11, 12-ci kateqoriyaları üzrə) ilkin hazırlığı;

– İnsan amili sahəsi üzrə aviasiya personalının (kateqoriyalar üzrə) ilkin hazırlığı;

– CRM sahəsi üzrə aviasiya personalının (kateqoriyalar üzrə) ilkin hazırlığı;

– HG-nin qəza-xilasetmə vasitələri və fövqəladə hallarda fəaliyyət üzrə aviasiya personalının (HG-nin tipi üzrə) ilkin hazırlığı;

– TCAS və EGPWS sistemləri üzrə HG-nin uçuş heyətinin ilkin hazırlığı;

– Yerüstü donmaya qarşı müdafiə üzrə HG-nin uçuş heyətinin ilkin hazırlığı;

– A; B1 və B2 kateqoriyaları üzrə HG-nin yerüstü xidmətlərinin texniki personalının ilkin hazırlığı;

– HHİE dispetçerlərinin ilkin hazırlığı;

– DİSPATCH uçuşların planlaşdırılması xidməti mütəxəssislərinin ilkin hazırlığı;

– Aeroportun perronunda HG-nə xidmətin göstərilməsi üzrə agentlərin ilkin hazırlığı;

– İlkin tibbi yardımın göstərilməsi sahəsində aviasiya personalının (kateqoriyalar üzrə) ilkin hazırlığı.

PHM NHŞ-də aviasiya personalının yenidən hazırlığı aşağıdakı istiqamətlərdə həyata keçirilir:

– HG-nin yeni tipləri üzrə uçuş heyətinin yenidən hazırlığı (ATR-42/72, А-319/320, A-340-500, B-757-200, B-767-300, B-787 Dreamliner; İL-76ТD; Mİ-8МТV1; Мİ-171);

– HG-nin yeni tiplərinə texniki xidmətin göstərilməsi üzrə mühəndis-texniki heyətin (B1) yenidən hazırlığı (Embraer-170/190, А-319/320, A-340-500, B-757-200, B-767-300, B- B-787 Dreamliner; İL-76ТD; B-747;Мİ-8МТV1; Мİ-171);

– HG-nin bortbələdçilərinin yenidən hazırlığı (HG-nin tipləri üzrə);

– HG-nin yeni tiplərinə texniki xidmətin göstərilməsi üzrə mühəndis-texniki heyətin (B2) yenidən hazırlığı (Embraer-170/190, А-319/320, A-340-500, B-757-200, B-767-300, B-787 Dreamliner; İL-76ТD; B-747;Мİ-8МТV1; Мİ-171);

– HG-nə texniki xidmətin göstərilməsi üzrə mühəndis-texniki heyətin yenidən hazırlığı (B1 kateqoriyasından B2 kateqoriyasına);

– HG-nə texniki xidmətin göstərilməsi üzrə mühəndis-texniki heyətin yenidən hazırlığı (B2 kateqoriyasından B1 kateqoriyasına).

PHM NHŞ-də aviasiya personalının ixtisasartırma prosesi aşağıdakı qeyd olunan sahələr üzrə həyata keçirilir:

– HG-nin tipləri üzrə uçuş heyətinin ixtisasartırması (Embraer-170/190, А-319/320, A-340-500, B-757-200, B-767-300,  B-787 Dreamliner; İL-76ТD; B-747;Мİ-8МТV1; Мİ-171);

Мİ-8МТV1; Мİ-171; АN-12; ES-155B1; AS-332ILI);

– HG-nin tipləri üzrə yerüstü texniki xidmət göstərən mühəndis-texniki heyətin ixtisasartırması (ATR 42/72; A-319/320; B-757-200; B-767; İL-76ТD; Мİ-8МТV1; Мİ-171; АN-12; ES-155B1; AS-332ILI);

– HG bort bələdçilərinin ixtisasartırması;

– HHİE dispetçerlərnin ixtisasartırması;

– Aviasiya təhlükəsizliyi sahəsində aviasiya personalının (kateqoriyalar üzrə) ixtisasartırması;

– Hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınması üzrə aviasiya personalının (IATA-nın 7, 8, 9, 10, 11, 12-ci kateqoriyaları üzrə) ixtisasartırması;

– CRM sahəsi üzrə aviasiya personalının (kateqoriyalar üzrə) ixtisasartırması;

– HG-nin qəza-xilasetmə vasitələri və fövqəladə hallarda fəaliyyət üzrə aviasiya personalının (HG-lərinin tipi üzrə) ixtisasartırması;

– Qəza-xilasetmə və aeroportların yanğından mühafizə xidmətlərinin ixtisasartırması.

“AZAL” QSC Milli Aviasiya Akademiyasının struktur bölməsi kimi müxtəlif ölkələrin mülki aviasiya tədris müəssisələri ilə beynəlxalq əməkdaşlıq prosesində iştirak edir, və həmçinin MDB, Latviya və Litva kimi ölkələrin Mülki Aviasiya Tədris Müəssisələri Assosiyasiyasının tam hüquqlu üzvüdür.

PHM NHŞ-də dərslərin keçirilməsinə MAA-nın ixtisas kafedralarının professor-müəllim heyətindən ən təcrübəli, ixtisaslı instruktorlar, və həmçinin Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tərəfindən hüquqi icazə almış, «Train the Trainer» kursu daxil olmaqla lazımi instruktor hazırlığı keçmiş “AZAL” QSC-nın müvafiq struktur bölmələrinin aparıcı mütəxəssisləri cəlb olunurlar.

Pilotların Hazırlığı Mərkəzinin Nəzəri Hazırlıq Şöbəsinin əməkdaşlarının tərkibi:

  1. Həsən İsmayılzadə – şöbənin rəisi
  2. İlham Muradov – rəis müavini
  3. Səbinə Mirzəmətova – metodist
  4. Güllü Məmmədova – metodist
  5. Seymur Quliyev – təhlükəli yüklər üzrə təlimatçı-müəllim
  6. Lyudmila Baranova – böyük laborant
  7. Nigar Şərifzyanova– böyük laborant
  8. Viktor Buzdalin – laborant
  9. Arif Hüseynov – mühəndis
  10. Nellya Xalikova – kompüter operatoru
  11. Şəmsiyyə İsmayılova – peşəkar ingilis dili üzrə təlimatçı-müəllim.
  12. Dilarə Əhmədova – peşəkar ingilis dili üzrə təlimatçı-müəllim
  13. Xanım Yolçiyeva – peşəkar ingilis dili üzrə təlimatçı-müəllim
  14. Narınc Ağayeva – peşəkar ingilis dili üzrə təlimatçı-müəllim

PHM NHŞ-in rəisi, fizika-riyaziyyta elmlər namizədi, dosent Həsən İbrahim oğlu İsmayılzadə –Bakı Dövlət Universitetinin fizika fakültəsini “Radiofizika” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun radiofizika laboratoriyasında başlamışdır. 1995-ci ildən MAA-nın Aviasiya radiotexnikası və elektronikası kafedrasının dosentidir. MAA-nın ixtisaslaşdırılmış seminarının üzvüdür. Mülki Aviasiya Təlim-Məşq Mərkəzləri (MA TMM) Assosiyasiyası nəzdində MA TMM Rəhbərlər Şurasının üzvüdür.

 Əlaqə tel : (+994 12) 497 26 00 (28-74 və ya 20-29)