“AZAL” Şən və hazırcavablar klubu

Şən və hazırcavablar klubunun üzvləri Milli Aviasiya Akademiyasının tələbələridir. Şən və hazırcavablar klubunun üzvləri müxtəlif illərdə bir çox uğurlara imza atmışlar. “AZAL” şən və hazırcavablar komandasının yenidən təşkil olunması ilə bu uğurların sayı daha da artdı. 2008-2009 tədris ilinin əvvəlində akademiyamıza “Milli Production” tərəfindən gələn təklif məktubuna əsasən AZAL noyabr ayının 14-də məhz milli КВН günündə keçiriləcək seçim turuna dəvət olundu. Tezliklə akademiyanın rəhbərliyinin göstərişi ilə Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri Nailə Süleymanova, Nigar Şamilova və Natavan Abdullayeva birgə fəaliyyətə başladılar və komandanın yeni heyətinin yaradılması barədə elanlar dərc olundu. Qısa zaman ərzində şən və hazırcavablarımız bir araya gələrək AZAL komandasının yeni tərkibini yaratdılar. Komandamız ¼ final mərhələsinə vəsiqə qazandı və “Ən yaxşı ssenari” nominasiyası üzrə fəxri diploma layiq görüldü. Dekabr ayının 21-də isə AZAL özünün ikinci böyük uğuruna imza atdı və bununla da yarımfinalda iştirak etmək hüququ qazandı.

2010-cu ilin mart ayının 14-də komandamız Bakılı oğlanlar tərəfindən təşkil olunmuş “Улыбка Евроазии” yarışmasında 2-ci yerə layiq görüldülər.

Komandanın uğurlarını davam etdirmək istəyən bacarıqlı və istedadlı tələbələrimiz Tələbə Gənclər Təşkilatına müraciət edib komandaya qoşula bilərlər. 