Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)

Milli Aviasiya Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin təhsil, məişət, istirahət, müalicə, əmək, idman və s. qanuni hüquqlarını müdafiə edir. Tələbə Həmkarlar İttifaqı Komitəsi: 

– ali təhsil müəssisənin profilinə uyğun yüksək ixtisaslı, dərin savadlı, dünyagörüşlü, vətənpərvər, təcrübəli və bacarıqlı kadrların hazırlanmasına səy göstərir; 

– tədris intizamına, biliklərin keyfiyyətinin artırılması üçün tələbələri səfərbərliyə alır; 

– idman və bədən tərbiyəsi kafedraları ilə birlikdə tələbələr arasında kütləvi idman tədbirləri həyata keçirir, onların fiziki cəhətdən sağlam və gümrah olmaları qayğısına qalır; 

– ittifaq üzvlərinin təhsili, əməyi, məişəti, istirahəti və müdafiəsi ilə əlaqədar keçirilən tədbirlərdə yaxından iştirak edir, səmərəli təkliflər verir. 

THİK tədris prosesinin təkmilləşdirilməsi, milli ideologiya işlərinin gücləndirilməsi, dərsə davamiyyətin möhkəmlənməsi, asudə vaxtın düzgün və səmərəli təşkili, sosial və məişət problemlərinin müsbət həll edilməsin istiqamətində tələbə fəallarının iştirakını təmin edir, yığıncaqlarda, konfranslarda və digər toplantılarda tələbələrin yaxından iştirakını təmin edir, qeyd etdikləri nöqsan, təklif və iradları rektorluğa çatdırır, onların həllinə nail olur, görülən işlər və qəbul edilən tədbirlər barədə müntəzəm olaraq ittifaq üzvlərinə məlumat verir. THİK təhsil müəssisələrinin rəhbərliyi ilə birlikdə aşağıdakı məsələləri həll edir: 

– təhsildə və ictimai işlərdə fəal olan tələbələri mükafatlandırır; 

– ehtiyacı olan tələbələrə birdəfəlik yardım verir; 

– tələbələrlə bağlı təhsil müəssisəsinin daxili intizam qaydalarını müzakirə və təsdiq edir; 

– intizam qaydalarını pozan tələbələr barəsində müvafiq tədbirlər görür. 

THİK aşağıdakı məsələlərin həllində iştirak edir: 

– tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlərə nəzərdə tutulmuş maliyyə vəsaitlərinin və müvafiq smetaların tərtibində; 

– tələbələrin təhsil müəssisələrindən xaric edilməsi ilə əlaqədar məsələlərin müzakirəsində və baxılmasında; 

– THİK tədris prosesinin, pedaqoji və digər təcrübələrin, eləcə də asudə vaxtın düzgün və səmərəli təşkili ilə əlaqədar rektorluğa təkliflər verir, ittifaq üzvlərinin səmərələşdirici təkliflərinin qəbul olunmasına səy göstərir. 

Milli Aviasiya Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsinin strukturu:  

Komitənin sədri – Qismət Sabir oğlu Abbasov. 

Komitənin sədr müavini – Kənan Rəhman oğlu İsmayılzadə

Mühasib (ictimai əsaslarla) – Xanım Bəhram qızı Əliyeva.

Komitənin tərkibində 4 fakültə həmkarlar təşkilatı fəaliyyət göstərir:

– HNUTİ fakültəsinin Tələbə Həmkarlar Komitəsi, sədr – Vasif Məmmədov, 1120a saylı qrup tələbəsi. – İqtisadiyyat və hüquq fakültəsinin Tələbə Həmkarlar Komitəsi, sədr – Fərganə Hüseyinzadə, 1339a saylı qrup tələbəsi. 

– Aerokosmik fakültənin Tələbə Həmkarlar Komitəsi, sədr – Aliyə Abbasova, 1410a saylı qrup tələbəsi. – Avianəqliyyat istehsalatı fakültəsinin Tələbə Həmkarlar Komitəsi – İlkin Mustafayev, 1220a saylı qrup tələbəsi. 

THİK Rəyasət heyətində komitənin işini aparmaq üçün 3 işçi komissiya yaradılmışdır:

– Təşkilati və sosial məsələlər üzrə iş komissiyası. 

– Mədəni-kütləvi, idman-sağlamlıq tədbirləri üzrə iş komissiyası. 

– Təhsil məsələləri üzrə iş komissiyası.   

Əlaqə tel.: (055) 236 01 04   Kənan İsmayılzadə 

Email: maa.tgt@hotmail.com