Tədris işləri üzrə prorektor

Tədris işləri üzrə prorektor Ədalət Soltan oğlu Səmədov – texnika üzrə elmlər doktoru (2013), professor, uçuş aparatları və aviasiya mühərriklərinin konstruksiyası və istismarı üzrə mütəxəssisdir. N.E.Bauman adına Moskva Ali Texniki Məktəbini bitirmişdir (1987). 1987-96-cı illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik cihazqayırma təcrübə zavodunda istehsalat sahəsinin rəisi vəzifəsində çalışmışdır. Milli Aviasiya Akademiyasında (MAA) müəllim (1993-1999), “Uçuş aparatlarının və aviasiya mühərriklərinin konstruksiyası və istismarı” kafedrasının müdiri (1999-2003), “Hava nəqliyyatının uçuş-texniki istismarı” fakültəsinin dekanı (2003-2010) vəzifələrində işləmişdir.

2010-cu ildən etibarən MAA-nın tədris işləri üzrə prorektoru vəzifəsində çalışır.

Maye və qazlar mexanikasının, istilik fizikasının fundamental biliklərini və son nailiyyətlərini tətbiq etməklə uçuş aparatlarının güc qurğularında və sistemlərində qaz dinamikasının və istilik-kütlə mübadiləsinin modəlləşdirilməsi üzrə 60-dan çox elmi məqalənin (onlardan 30-dan çoxu xarici elmi-texniki mətbuatda dərc olunmuşdur), 6 dərs vəsaitinin müəllifidir. Ə.Səmədov Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, MAA nəzdində fəaliyyət göstərən D 06.001 dissertasiya şurasının üzvü, MAA-nın Elmi-metodik şurasının sədri, MAA-nın «Elmi Əsərlər» toplusunun redaksiya heyətinin üzvüdür. Aviasiya sahəsində milli kadrların hazırlanmasında əhəmiyyətli rolu vardır.

Əlaqə tel: (+994 12) 497 28 38;   (+994 12) 497 26 00 (21-53);

E-mail: samedov@naa.edu.az