Magistratura və doktorantura şöbəsi

Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı-na uyğun mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

Magistraturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş ⇒”Magistratura təhsilinin məzmunu, təşkili və ”magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilir.

Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

MAA-nın magistraturasına aşağıdakı ixtisaslar üzrə qəbul həyata keçirilir:

060212 Hüquqşünaslıq

Beynəlxalq hüquq

060401 Dünya iqtisadiyyatı                   

            Beynəlxalq iqtisadi münasibətlər

060407 Menecment                     

            Menecment (sahələr üzrə)

060507 Hidrometeorologiya

            Aviasiya meteorologiyası

060608 Elektroenergetika mühəndisliyi

      Elektrik təchizatı (sahələr üzrə)

060614 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

Uçuş aparatları və güc qurğuları

Uçuş aparatlarının cihaz, radio və elektrik avadanlığı

060615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

Aeronaviqasiya təminatı

060616 Uçuş mühəndisliyi

Hava gəmilərinin uçuş istismarı

060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi                   

Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi            

060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi      

            Nəqliyyat logistikası

060624 Cihazqayırma mühəndisliyi       

            Aviasiya cihazları

060627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Nəqliyyat radioavadanlıqlarının texniki istismarı

060628 Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə

060631 Kompüter mühəndisliyi

             Kompüter mühəndisliyi

060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

            İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri

Aerokosmik informasiya sistemləri

060649 Ekologiya mühəndisliyi              

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

            Aerokosmik monitorinq

 

Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili MAA-da yaradılan doktoranturada həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr MAA-da fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş ⇒”Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarına əsasən həyata keçirilir.

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

Milli Aviasiya Akademiyasında elmi və elmi-pedaqoji kadr hazırlığı dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırılır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 il, elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

Doktoranturada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aşağıda sadalanan ixtisaslar üzrə qəbul həyata keçirilir:

3311.02 – Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları

3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatlar və onların sistemlərinin istismarı

3324.07 – Məsafədən aerokosmik tədqiqatlar

3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları

3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3350.01 – Daşınma proseslərinin idarə edilməsi

3352.01 – Hava nəqliyyatının istismarı

3361.01 – Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro- və nanoelektronika

5312.01 – Sahə iqtisadiyyatı.

5603.01 – Beynəlxalq hüquq; insan hüquqları.

Magistratura və doktorantura şöbəsinin əsas funksiyaları: 

Şöbənin əməkdaşları:

1. Xəqani Abdullayev – şöbə müdiri, t.e.n., dosent

3. Ramil Muxtarov – metodist, t.f.d., baş müəllim

2. Natavan Qocayeva – metodist

4. Əminə Kazımova – inspektor. 

Əlaqə telefonları:

Tel., faks. (+994 12) 556 51 13;    Tel. (+994 12) 497 26 00 (23-21 və ya 23-48)

Mob.: (+994 50) 610 64 73

Email: khagani61@gmail.com