Tədris-metodiki şöbə

 Tədris-metodiki şöbəsinin əsas funksiyaları:

  • ayrı-ayrı tədris proqramlarının və Akademiyanın lisenziyalaşdırılması, attestasiyası, akkreditasiyası proseduralarının keçirilməsi üçün materialların hazırlanması
  • ixtisaslar və hazırlıq istiqamətləri üzrə dövlət tədris standartlarının yığılması, emalı, saxlanması və tətbiqi, standartlarda dəyişikliklərin olmasına nəzarət edilməsi və bu dəyişikliklərin fakültə dekanlarına, kafedra rəhbərlərinə vaxtında çatdırılması
  • ixtisas və hazırlıq istiqamətləri üzrə əsas tədris proqramlarının lisenziyalaşdırılması və akkreditasiyası ilə bağlı fakültələrin fəaliyyətinin istiqamətləndirilməsi və onlara nəzarət edilməsi
  • Akademiyanın fakültələri tərəfindən hazırlanmış ixtisasların və hazırlıq istiqamətlərinin əsas tədris proqramlarının dövlət tədris standartlarına uyğunluğuna nəzarət edilməsi
  • dövlət tədris standartlarına uyğun olaraq, Akademiyada icra edilən tədris proqramları üzrə məzunların hazırlığının keyfiyyətinə nəzarətin təşkil edilməsi
  • dövlət akkreditasiyası prosedurasının informasiya-metodoloji müşayiəti çərçivəsində, Akademiyanın məzunlarının hazırlığının analizinin nəticələrinin sistemləşdirilməsi və ümumiləşdirilməsi
  • tələbələrin hazırlıq səviyyəsinə dair ümumi tələblərin yaradılması məqsədilə humanitar, peşəkar ixtisas fənlərinin keçilməsinin strukturu, həcmi və qaydasının unifikasiyası üzrə təkliflərin işlənməsi
  • tədris prosesinin təşkili üzrə sənədlərə uyğun olaraq Akademiyanın (fakültələrin, kafedraların) tədris fəaliyyətinin koordinasiyası
  • Akademiyada çalışan ştat, yarım ştat və saat hesabı müəllimlərin planlaşdırılan dərs yükü haqqında məlumatların toplanması və analizi
  • fakültələrin təhkim olunmuş auditoriyaların bölüşdürülməsinə ehtiyac olduqda, fakültələrin auditoriya fonduna ehtiyacının hesablanması
  • tədris və tədris-metodiki işlərin təşkili üzrə normativ sənədlərin hazırlanması
  • Akademiyada icra edilən tədris proqramları üzrə metodiki komplekslərlə tədris prosesinin təmin olunmasına nəzarət edilməsi
  • Akademiyanın tədris texnologiyalarının effektliliyin qəbul olunması və qiymətləndirilməsi üzrə fakültələrinin işinin koordinasiyası
  • növbəti təqvim ili üçün Akademiyanın fəaliyyətinin əsas göstəriciləri üzrə perspektivli və mövcud planların qurulması
  • təqvim ili üçün Akademiyanın fəaliyyətinin əsas göstəriciləri üzrə hədəflərə nail olmaq haqqında planların, proqramların və hesabatların hazırlanması.

Şöbənin əməkdaşları:

Pərviz Abdullayev – şöbə müdiri, t.e.n., dosent

Məcid Məcidov – metodist, t.e.n., dosent

Arab Eyvazov – təcrübələr rəhbəri, baş müəllim

Azər Həsənov – metodist

Aynur Səfərova – inspektor

Ceyhun Dadaşov – dispetçer

 Əlaqə telefonları:

Tel. (+994 12) 497 26 29;   (+994 12) 497 26 00 (24-16);

Mob. (+994 50) 632 66 77 (Pərviz m.)