Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsi

Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsi (TTEKHİ) Milli Aviasiya Akademiyasının struktur bölməsi olub, tədris fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyaya uyğun olaraq, əsas tədris proqramlarının – ali peşə-ixtisas təhsili (bakalavriat), elmi-pedaqoji təhsil (magistratura) və elmi təhsil (doktorantura) proqramlarının həyata keçirilməsi üzrə bütün növ tədris və tədris-metodiki işlərin planlaşdırılmasını, təkmilləşdirilməsini və onlara nəzarəti həyata keçirir. Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin tərkibinə 2 şöbə daxildir:

⇒ Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin  əsas vəzifələri :

TTEKHİ-nin əməkdaşları:

  1. Mustafa Mustafayev – idarə rəisi, t.e.d., professor
  2. Sima Bidzinova – rəis müavini, f.-r.e.n, dosent
  3. Pərviz Abdullayev – tədris-metodiki şöbənin müdiri, t.e.n., dosent
  4. Xəqani Abdullayev – magistratura və doktorantura şöbəsinin müdiri, t.e.n., dosent
  5. Məcid Damadayev – tədris-metodiki şöbənin metodisti, t.e.n., dosent
  6. Arab Eyvazov – təcrübələr rəhbəri, baş müəllim
  7. Ceyhun Dadaşov – dispetçer
  8. Azər Həsənov – tədris-metodiki şöbənin metodisti
  9. Natavan Qocayeva – magistratura və doktorantura şöbəsinin metodisti
  10. Ramil Muxtarov – magistratura və doktorantura şöbəsinin metodisti, t.f.d., baş müəllim
  11. Əminə Kazımova – magistratura və doktorantura şöbəsinin inspektoru.

Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin rəisi, texnika elmləri doktoru, professor Mustafa Rəhim oğlu Mustafayev – 03 may 1948-ci ildə anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Mexanika fakültəsini “Yeyinti sənayesinin maşın və aparatları” ixtisası üzrə bitirmişdir. 1970-1973-cü illərdə Respublika tütün sənaye birliyində mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1973-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunda “İstilik texnikasının nəzəri əsasları” ixtisası üzrə aspiranturada oxumuşdur. 1977-1982-ci illərdə Yeyinti Sənayesi nazirliyinin aparatında böyük aparıcı mühəndis və nazirliyin nəzdindəki elmi-tədqiqat laboratoriyasında direktor vəzifələrində çalışmışdır. 1982-ci ildən Azərbaycan Texniki Universitetinin “Mühəndis qrafikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmış və 2002-2011-ci illərdə kafedra müdiri vəzifəsində işləmişdir. M.R.Mustafayev “İstilik texnikasının nəzəri əsasları” ixtisası üzrə 1979-cu ildə namizədlik, 1999-cu ildə isə “Perftorkarbonların istilik-fiziki xassələri və onların ölçülməsi üçün aparaturanın işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 120-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin müəllfidir. Onun elmi məqalələri əsasən Rusiya Elmlər Akademiyasının “Yüksək temperaturlu istilik fizikası” jurnalında çap olunmuşdur (bu jurnal ingilis dilinə tərcümə edilərək dünyanın inkişaf etmiş bütün ölkələrinə yayılır). “Tərsimi həndəsə” kursundan yazmış olduğu dərslik “Humay-2004”Milli Mükafatına layiq görülmüşdür. Respublikada “Maşın qrafikası” fənninin tədris metodiki bazasının yaradılmasında xüsusi əməyi vardır. Bu sahədə 2 dərs vəsaitinin müəllifidir. M.R.Mustafayev gənc alimlərin hazırlanmasında da fəal iştirak edir. O, Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvüdür.

Əlaqə tel.: (+994 12) 497 26 75;  mob. (+994 50) 613 38 14

Email:   musta-mro@rambler.ru