Qiyabi fakültə

Qiyabi Fakültə 1996-cı ildə yaradılmışdır. Fakültə dekanı vəzifəsini dosent Gülsüm Zöhrabova icra edir.

Fakültədə Havada hərəkətin idarə olunması mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Menecment, Hüquqşünaslıq və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Fakültənin tədris prosesini Akademiyanın bütün aidiyyəti kafedraları təmin edir.

Dekanlıq aşağıdakı tərkibdən ibarətdir:

  1. Gülsüm Zöhrabova – dekan
  2. Leyla Həsənova – metodist
  3. Nuranə Cəfərli – böyük laborant

Gülsüm Fərzulla qızı Zöhrabova 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 1967-ci ildə Xalq Təsərrüfatı İnstitutunda başlamışdır. 1988-ci ildən Bakı Dövlət Universitetində Rus dili kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 2004-cü ildən MAA-nın Dil və ədəbiyyat kafedrasında əvvəlcə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışır.

Əlaqə telefonu:  +994 (12) 497 26 00 (22-77), +994 (12) 456 12 21 e-mail: correspendence@naa.edu.az