Nəqliyyat mexanikası və materialşünaslıq kafedrası

 

Kimya və materialşünaslıq kafedrası

Kimya və materialşünaslıq kafedrası

Nəqliyyat mexanikası kafedrası 2011-ci ildə yaradılmışdır. Kafedra müdiri vəzifəsini t.e.d., professor Əhəd Canəhmədov icra edir.

Kafedrada  Uçuşun etibarlığını və təhlükəsizliyini təmin edən avadanlıqlarda dağılma prosesinin kinetikası  istiqamətində elmi iş aparılır.

Kafedranın əməkdaşları

  Kafedrada aşağıdakı əməkdaşlar çalışır:

  1. Əhəd Canəhmədov – t.e.d., professor, kafedra müdiri
  2.  Rafiq Kəbirli – t.e.n., dosent
  3. Mustafa Mustafayev – t.e.d., professor
  4. Rəşid Həşimov – t.e.n., dosent
  5. Rəfail Eyyubov – f.-r.e.n., dosent
  6. Rauf Sərdarlı – f.-r.e.d., professor
  7. Nigar Pənahova – f-r e.n., baş müəllim
  8. Ərəbxan Eyvazov  – baş müəllim
  9.  Ənvər İsayev – müəllim
  10.  Əkbər Əliyev – müəllim.
  11. Məmmədova – k.e.n., dosent, kafedra müdiri
  12. Nazilə Qasımova – k.e.n, dosent
  13. Gülnarə Ömərova – t.e.n, baş müəllim
  14. Cəfər Mehdiyev – k.e.n, dosent, 0,5 şt.
  15. Tofiq Nəcəfov – t.e.n, dosent, 0,5 şt.
  16. Kəmalə Əsgərova – müəllim, 0,5 şt.
  17. Əşrəf Səfərzadə – müəllim, 0,5 şt.
  18. Əkbər Əliyev – müəllim, 0,5 şt.

Kafedra müdiri

Kafedra müdiri professor Əhəd Xanəhməd oğlu Canəhmədov – 1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun neft-mexanika fakültəsini bitirmişdir. 1970/1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxumuşdur.

1973-cü ildə namizədlik, 1989-cu ildə isə İ.M.Qubkin adına Moskva Neft və Qaz institutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə professor elmi adını almışdır. Tribologiya elmi sahəsində Azərbaycanın ilk elmlər doktorudur.

1973/2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

1995-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə akademiki, 1989/90-cı illərdə SSRİ Ali Təhsil şürasının üzvü, 1992/1993-cü illərdə Azərbaycan Dövlət Ali Ekspert şürasının üzvü olmuş, 1998-ci ildə isə Gürcüstan Milli Akademiyasının akademiki seçilmişdir.

2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin ildə, Rusiya Mühəndislik Akademiyasının akademiki seçilmiş və adı “Rusiya Mühəndislik Akademiyası” Ensiklopediyasına salınmışdır.

1995-ci ildə Beynəlxalq “Sürtünmə və yeyilmə”, 2011-ci ildə  “Neftqaz kompleksləri üçün avadanlıqlar və texnologiyalar” elmi jurnalının redaksiya kollegiyasının üzvü təsdiq olunmuşdur.

1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qızıl medalla təltif olunmuş və “XX əsrin görkəmli elm adamı” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və “Beynəlxalq səfir” ordeni ilə təltif olunmuşdur.

1998-ci ildə İngiltərəninn Beynəlxalq Bioqrafiya mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qizil medalla təltif olunmuş və “XX əsrin görkəmli elm adamı” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və “Beynəlxalq səfir” ordeni ilə təltif olunmuşdur.

2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Mühəndislik Akademiyasının qızıl medalına layiq görülmüşdür.

2011-ci ildə “Mühəndislik şöhrəti” ordeni, Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalına, Ukrayna Mühəndislik Akademiyası Podqornı adına qızıl medalına və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” qızıl medalına layiq görülmüşdur. 2012-ci ildə jurnalistlərin təsis etdiyi “Vətənpərvər alim” qızıl medalı ilə təltif olunmuşdur.

2014-cü ildə Ə.X.Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən 2000-ci ildə keçirilən “Ən yaxşı elmi iş”  adlı müsabiqədə texnika elmləri sahəsində neft və qaz quyularının bərpası üçün avadanlıqlar kompleksinin işlənməsi və tətbiqi üzrə laureat olmuşdur. 2014-cü il üzrə ixtiraçılıq sahəsində Respublika müsabiqəsinin laureatıdır.

340-dən artıq elmi əsərin, o cümlədən 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dan çox patentin müəllifidir. Ə.X.Canəhmədovun elmi əsərləri təkcə MDB-də deyil, eləcə də xarici ölkələrdə məşhurdur. İngiltərədə, Almaniyada, Çexiyada, Slovakiyada, Avstriyada, Rusiyada, Yunanıstanda, Yaponiyada, Polşada, Rumıniyada, İtaliyada və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunmuş Dünya konqreslərində, Beynəlxalq simpoziumlarda və regional konfranslarda və yığıncaqlarda məruzə ilə çıxış etməklə Azərbaycanı ən mötəbər elmi məclislərdə tribunalardan ləyaqətlə təmsil etmişdir.

Ölkəmizin tarixində ilk dəfə olaraq “Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə – friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları” adlı elmi kəşfin müəllifidir (Diplom № 462, 2013-cü il).

2009-cu ildən yeni təsis olunmuş “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorunun müavini, 2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalın Baş redaktordur.

Elmi fəaliyyətinin əsas istiqamətini neftqaz avadanlıqlarında tribotexniki problemlər və onların sahə üzrə təcrübi tətbiqi təşkil edir. «Yeyilmənin termomexaniki nəzəriyyəsi»nin müəllifidir. Bu nəzəriyyə friksion cütlərin termomexaniki yüklənməsi zamanı dağılma (yeyilmə) mexanizminin fiziki mahiyyətini araşdırmaq, istilik proseslərinin kinetikasına soyutma şəraitinin təsirini dəyərləndirmək, səth qatlarında aşağı sıxlıqlı dislokasiyaların və səth altı qatlarda çat əmələgəlmə intensivliyini proqnozlaşdırmaq, friksion materialların rasional seçilməsinə və kontakt səthində istilik dağılmasının idarə olunmasına imkan verir.

Onun rəhbərliyi altında Respublikamız və xarici ölkələr üçün 20-yə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

2006-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi, 2011-ci ildə isə Vitse-Prezidenti və Baş Elmi katibi seçilmişdir. 2013-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü seçilmişdir.

Əlaqə tel:      +994 (12) 497 26 00 (23-53);    +994 (12) 556 50 54

Mob.: +994 (50) 214 18 01

Tədris olunan fənlər

  • Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətə nəzarət
  • Mühəndis və maşın qrafikası
  • Nəzəri və tətbiqi mexanika
  • Texniki mexanika
  • Tərsimi həndəsə və mühəndis qrafikası
  • Tətbiqi mexanika-1
  • Tətbiqi mexanika-2
  • Cihazqayırmada qarşılıqlı əvəzolunmanın əsasları.