Menecment kafedrası

 

Menecment kafedrası

Menecment kafedrası

Menecment kafedrası 2007-ci ilin fevral ayında yaradıldı. Yarandığı vaxtdan kafedra müdiri vəzifəsini Fəridə Ələkbərova icra edir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

İxtisas:

– Menecment

 İxtisaslaşma:

– Mülki aviasiya üzrə menecment

– Yerüstü nəqliyyat üzrə menecment

– Dəmiryol nəqliyyatı üzrə menecment.

Kafedra müəllimlərinin elmi işlərinin ümumi siyahısına təqribən 300 adda elmi məqalə, fənn proqramları və metodiki göstərişlər daxildir. Bu nəşrlərdən 6-sı mühazirə toplusu şəklində çap olunmuş tədris olunan fənlər üzrə dərs vəsaitidir.

Hal-hazırda kafedrada iki pilləli bakalavr-magistr, tədris prosesinin metodiki təminatı üzrə, həmçinin tələbələrin bilik qiymətləndirilməsinin elektron test tətbiqi üzrə iş aparılır.

Kafedra tərəfindən Menecment ixtisası üzrə bakalavr və magistr hazırlığı üçün (əyani və qiyabi təhsil formaları) tədris planları və həmin ixtisas üçün Baza Təhsil Standartı və başqa sənədlər də hazırlanmışdır.

Tədrisin, istehsalat təcrübələrinin, elmi seminarların, konfransların, buraxılış işlərinin hazırlanması prosesi zamanı kafedra əməkdaşları “Azərbaycan Hava Yolları” QSC, həmçinin Mülki Aviasiyasının digər istehsalat qurumları ilə əməkdaşlıq edərək, onları hava nəqliyyatı sahəsində mütəxəssislərin  hazırlanmasına cəlb edir.

Kafedranın ixtisasları üzrə təhsil alan MAA-nın tələbələri Tələbə Elmi Texniki Cəmiyyəti çərçivəsində elmi işə cəlb edilirlər. Tələbə Elmi Texniki Cəmiyyətinin üzvü olan tələbələr tərəfindən “virtual” aviaşirkətin layihəsi hazırlanır. Həmin aviaşirkətin statistik və digər göstəriciləri tədris prosesində istifadə edilir.

2010/2011 tədris ilində Menecment kafedrası Hava nəqliyyatının iqtisadiyyatı sahəsinə aid terminləri rus, Azərbaycan, ingilis dillərində lüğətin hazırlanması və tərtib edilməsi başlanmışdır.

Kafedranın müəllimləri MAA-nın ictimai həyatında da fəal iştirak edirlər.

Kafedranın əməkdaşları

  • Fəridə Ələkbərova – i.e.n., dosent, kafedra müdiri
  • Tahir Tağıyev – i.e.n., dosent
  • Rövşən Quliyev – i.e.n., dosent
  • Heydər Qədirov – i.e.n., baş müəllim
  • Xədicə Məmmədova – baş müəllim
  • Yetərxanım Süleymanlı – müəllim
  • Sevil Ramazanova – müəllim
  • Natəvan Hacıyeva – müəllim
  • Mahir Dəmirov – müəllim, laborant

Kafedra müdiri

Kafedra müdiri dosent Fəridə Fərid qızı Ələkbərova – 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini, 2005-ci ildə dosent elmi adını almışdır. Milli Aviasiya Akademiyasında (MAA) əmək fəaliyyətinə 1995-ci ildən başlamış, müxtəlif illərdə Mülki aviasiyanın iqtisadiyyatı və menecment kafedrasının müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

Əlaqə tel: + 994 (12) 497 26 00 (24-05)

Tədris olunan fənlər

  • Antiböhranlı idarəetmə
  • Aviadaşımaların marketinqi
  • Aviamüəssisənin menecmenti
  • Aviamüəssisənin təsərrüfat fəaliyyətinin təhlili
  • Avianəqliyyat menecmenti
  • Avtonəqliyyat müəssisələrinin idarə edilməsi
  • Avtonəqliyyatda biznesin təşkili
  • Bank işi
  • Biznesin əsasları
  •  Cihazqayırma sənayesinin idarə olunması və iqtisadiyyatı
  •  Daşımalarda menecmentin əsasları və marketinq
  •  Dəmiryolu nəqliyyatında innovasiya layihələrinin qiymətləndirilməsi
  •  Dəmiryolu nəqliyyatında istehsal menecmenti
  •  Dəmiryolu nəqliyyatında strateji planlaşdırma
  •  Dəmiryolu nəqliyyatınının iqtisadiyyatı və təşkili
  •  Əməyin təşkili və ödənilməsi
  •  Energetikanın iqtisadiyyatı
  •  Hava nəqliyyatında idarəetmə
  •  Hava nəqliyyatında proqnozlaşdırma
  •  Hava nəqliyyatının dövlət tənzimlənməsi
  •  Hava nəqliyyatının inkişafının proqnozları
  •  Hava nəqliyyatının kommersiya istismarı
  •  Heyətin idarə edilməsi
  •  İdarəetmə nəzəriyyəsi
  •  İdarəetmə qərarlarının hazırlanması
  •  İdarəetmə qərarlarının təşkili
  •  İdarəetmə uçotu
  •  İnformasiya idarəetmə sistemləri və texnologiyaları istehsalının iqtisadiyyatı və idarəolunması
  •  İnformasiya iqtisadiyyatı
  •  İnformasiya sistemlərinin menecmenti
  •  İnnovasiya menecmenti
  •  İnsan resurslarının idarə edilməsi
  •  İqtisadi nəzəriyyə
  •  İqtisadi nəzəriyyənin əsasları
  •  İqtisadiyyatın tənzimlənməsi
  •  İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi
  •  İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi
  •  İstehsalatın iqtisadiyyatı, menecmenti və marketinqi
  •  İstehsalın iqtisadiyyatı və menecmenti
  •  Kargüzarlıq
  •  Kommersiya fəaliyyətinin əsasları
  •  Koorporativ idarəetmə
  •  Maliyyə
  •  Maliyyə axınlarının logistikası
  •  Marketinq
  •   Menecment
  •  Menecment və marketinqin əsasları
  •  Menecmentin əsasları
  •  Menecmentin informasiya sistemləri
  •  Müəssisədə sənədləşdirmə işinin təşkili
  •  Müəssisənin iqtisadiyyatı
  •  Mülki aviasiya müəssisələrinin maliyyə fəaliyyətinin təhlili
  •  Mülki aviasiya müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili
  •  Nəqliyyat iqtisadiyyatı
  •  Nəqliyyat marketinqi
  •  Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili
  •  Nəqliyyatda investisiya menecmenti
  •  Nəqliyyatda kommersiya işi
  •  Nəqliyyatda qiymətin əmələ gəlməsi
  •  Nəqliyyatın iqtisadiyyatı
  •  Sənaye iqtisadiyyatı və menecment
  •  Strateji menecment
  •  Strateji planlaşdırılma
  •  Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırılması
  •  Vergi sistemi
  •  Vergilər və vergiqoyma.