İngilis dili kafedrası

İngilis dili kafedrası

İngilis dili kafedrası

İngilis dili kafedrası 1993-cü ildə yaradılmışdır. 1996-ci ildən kafedra müdiri vəzifəsini Natalya Dupikova icra edir. 

Kafedra bütün ixtisaslar üzrə tədris məşğələlərini həyata keçirir. Kafedranın nəzdində kompyuter- linqofon kabinetləri fəaliyyət göstərir.

İngilis dili kafedrasının müəllimləri Azərbaycan Respublikası mülki aviasiya pilotlarının və Havada Hərəkətin İdarə Edilməsi  üzrə dispetçerlərin  dil biliklərinin ICAO-nun peşəkar ingilis dili səviyyəsinə dair reytinq cədvəlinə əsasən müəyyən etmək hüququna malikdirlər.

Məşğələlər aşağıdakı istiqamətlər üzrə aparılır:

–  Əyani şöbə tələbələrinin məşğələləri

–  Aviasiya Personalının Hazırlığı Mərkəzinin (APHM) dinləyicilərinin hazırlığı

–  Uçuş-dispetçer heyətinin test-imtahan edilməsi.

APHM-də müəllimlər, pilotlar, şturmanlar, dispetçerlər, bort-radistlər, mexaniklər, avioniklər, elektiklər, bort bələdçilər, bort operatorlar, daşıma və bilet satışı üzrə agentlər, inzibati işçilər və bir çox digər müxtəlif ixtisaslar üzrə dil hazırlığı ilə məşğul olurlar.

Müəllimlər tərəfindən tələbələrin və dinləyicilərin biliklərinin yekun yoxlanışı üçün lazım olan testlər, proqramlar və sillabuslar hazırlanılıb. Kafedranın bəzi müəllimləri reytor  (imtahan qəbul edən) dərəcəsinə malikdirlər. Reytorlar ICAO-nun tələblərinə uyğun uçuş-dispetçer heyətinin ingilis dili bilik səviyyəsini yoxlayır və testləşdirirlər.

Kafedra əməkdaşları İngilis dili fənni üzrə metodik göstərişlər, işçi proqramları tərtib etmiş, müxtəlif elmi jurnallarda 35-ə yaxın elmi məqalə çap etdirmişlər.

MAA və Dövlət Mülki Aviasiya Administrasiyası rəhbərliyinin tapşırığı ilə kafedranın əməkdaşları 2010-cu ilin mart ayında Roma şəhərində (İtaliya) və 2010-cu ilin dekabrında Parisdə (Fransa) ICAO-nun beynəlxalq seminarında Azərbaycanda uçuş-dispetçer heyətinin dil hazırlığı haqqında hesabat məruzələri ilə çıxış etmişlər.

Kafedranın əməkdaşları

  1. Natalya Dupikova – kaf.müdiri, baş müəllim
  2. Sevda Əliyeva – fil.f.d., dosent
  3. Mənsurə Musayeva –  fil.f.d., baş müəllim
  4. Dürdanə Səmədova – fil.f.d., baş müəllim
  5. Janna Yesikova – baş müəllim
  6. Valentina İvaşenko – fil.f.d., baş müəllim
  7. Gülxar Əliyeva – baş müəllim
  8. Svetlana Cəfərova -müəllim
  9. Tatyana Zamarayeva – müəllim
  10. Tamara Cabarova – müəllim
  11. Ramella Əsədova -müəllim
  12. Nailə Abbasova – müəllim
  13. Xanım Məmmədova – müəllim  
  14. Aygün İsgəndərova – baş laborant  
  15. Nigar Yusifova – laborant.

Kafedra müdiri

Kafedra müdiri Natalya Dupikova 1982-ci ildə SSSR-nin 50 illiyi adına Xarici Dillər İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə Əzizbəyov rayonu 149 saylı orta məktəbdə başlamışdır. Milli Aviasiya Akademiyasında 1996-cı ildən çalışır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Dilçilik İnistitutunda «Лингивистический аспект радиообмена «пилот-диспетчер» в свете усиления безопасности полетов» mövzusu üzrə elmi iş aparır..

Tədris olunan fənlər

  •  Ümumi danışıq ingilis dili
  •   Ümumi aviasiya ingilis dili
  •   Peşə yönümlü ingilis dili
  •   ICAO standartlarına uyğun ingilis dilində radiotelefon mübadiləsi
  •   həmçinin “işgüzar” ingilis dili, hüquqşunaslar, gömrük işçiləri, avianəqliyyat istehsalı, iqtisadçılar üçün ingilis dili və s.

Əlaqə

+ 994 (12) 497 26  00 (23-57);