İctimai fənlər kafedrası

 

İctimai fənlər kafedrası

İctimai fənlər kafedrası

İctimai fənlər kafedrası 2006-cı ildə yaradılmışdır. Kafedra müdiri vəzifəsini Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix e.d. Fəridə Məmmədova  icra edir.

Kafedranın əməkdaşları tərəfindən tədris olunan bütün fənlər üzrə mühazirələr, tədris-metodik vəsait və tədris proqramlar tərtib edilmişdir. Kafedranın müəllimləri Azərbaycan tarixi fənni üzrə dərslik üzərində işləyirlər. Kafedranın müəllimləri pedaqoji fəaliyyətləri ilə yanaşı elmi fəaliyyətlə də məşğul olurlar.

Kafedrada aşağıdakı istiqamətlər üzrə elmi tədqiqatlar aparılır:

– Qədim dövrdən bu günə kimi Azərbaycan tarixinin tədqiqi;

– XVII- XVIII əsrlərdə Azərbaycan xarici dövlətlərin siyasətində;

– Qafqaz Albaniyasının tədqiqi;

– Azərbaycan xalqının etnogenezində albanların rolu;

– Azərbaycanda sosial dövlətin formalaşma şəraitində AZAL-ın infrastrukturu;

– Qloballaşma şəraitində ekoloji problemlərin həllində beynəlxalq əməkdaşlığın rolu.

Kafedra müdiri

Kafedra müdiri Fəridə Cəfər qızı Məmmədova – 1960-cı ildə Kirov adına Azərbaycan Dövlət Universitetini tarix ixtisası üzrə bitirmişdir. 1971-ci ildə  namizədlik dissertasiyasını və 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Qafqazın Rusiya tərəfindən işğalına qədərki dövrdə alban  etnoslarının bütün Azərbaycan dövlətlərinin tərkibində olmaları və Azərbaycan xalqının  etnogenezində  albanların rolu mövzusu üzrə elmi istiqamətdə iş aparır. 2006-cı ildən Milli Aviasiya Akademiyasında İctimai fənlər kafedrasının müdiri vəzifəsində çalışır.

 Əlaqə tel:  + 994 (12) 497 26 00 (23-46)

Tədris olunan fənlər

  • Azərbaycan tarixi
  • Politologiya
  • Sosiologiya
  • Politologiya və sosiologiya
  • Fəlsəfə.