Hüquqşünaslıq kafedrası

 

 

Hüquqşünaslıq kafedrası 

Hüquqşünaslıq kafedrası 

Hüquqşünaslıq kafedrası 1999-cu ildə yaradılmışdır. Kafedra müdiri vəzifəsini h.e.d., professor İbrahim Quliyev icra edir. Kafedra İqtisadiyyat və hüquq fakültəsinin tərkibinə daxildir. Kafedra hüquq fənləri üzrə tədris, tədris metodik və elmi-tədqiqat işlərini yerinə yetirir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

İxtisas:

– Hüquqşünaslıq

 İxtisaslaşma:

– Konstitusiya hüququ

– Beynəlxalq hüquq

– Mülki və təsərrüfat hüququ

– Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası

Kafedranın əməkdaşları tərəfindən tədris olunan bütün fənlər üzrə mühazirələr, metodik göstərişlər, işçi proqramlar tərtib edilmişdir. Kafedranın professor-müəllim heyəti elmi yaradıcılıqla məşğul olur. Elmi məqalələr yerli və xarici elmi məcmuələrdə və elmi jurnallarda dərc etdirilir, dərs vəsaitləri, monoqrafiyalar  hazırlanır və nəşr olunur.

Kafedranın əməkdaşları

  • İbrahim Quliyev – h.e.d., professor
  • Aydın Qasımov – h.e.n., dosent
  • Sahil Qasımov – h.e.n., dosent
  • Şöhlət Kərimov – h.e.n., dosent
  • Ağa Kərim Mirzəyev – h.e.n., dosent
  • Fəxrəddin Nağıyev – h.e.n., dosent
  • Nazim Əliyev – h.e.n., dosent
  • Nazim Nağıyev – h.e.n., dosent
  •  Samirə Mürşüdova – h.e.n., baş müəllim
  •  Rasim Ağasiyev – h.e.n., baş müəllim
  •  İsmayıl Mirzəyev – baş müəllim
  •  İsmayıl İmanov – müəllim
  •  Qalib Süleymanov – müəllim
  •  Müşərrəf Əliyeva – müəllim
  • Gülnar Qurbanova – müəllim
  •  Samir Sədullayev – laborant

Kafedra müdiri

Kafedra müdiri İbrahim Oruc oğlu Quliyev – 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali Məktəbini  hüquqşünas ixtisası üzrə bitirmişdir. 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının İttifaq Respublikaları üçün Rəhbər kadrlar hazırlayan birinci fakültəsini  bitirmişdir. 2003-cü ildən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının professoru, kafedra müdiridir. Hüquq elmində müasir problemlər istiqamətində elmi iş aparır.

Əlaqə tel: (+ 994 12) 497 26 00 (24-21)

E.mail: kuliyev511@rambler.ru

 

Tədris olunan fənlər

  • Kafedrada aşağıdakı fənlər tədris edilir:

    Bakalavr pilləsi üzrə

    • Konstitusiya hüququ
    • Hüquq nəzəriyyəsi
    • Mülki hüquq
    • Cinayət hüququ
    • Cinayət prosesi
    • Beynəlxalq hüquq
    • Bələdiyyə hüququ
    • Maliyyə hüququ
    • Sahibkarlıq hüququ
    • Vergi hüququ
    • Gömrük hüququ
    • Aqrar hüququ
    • Əmək hüququ
    • Sosial təminat hüququ
    • Hava hüququ
    • Nəqliyyat hüququ
    • Xarici ölkələrin konstitusiya hüququ
    • Ekologiya hüququ
    • Mülki proses
    • Beynəlxalq xüsusi hüquq
    • İnzibati hüquq
    • Kriminologiya
    • Cəza-icra hüququ
    • Kriminalistika
    • Cinayət axtarış hüququnun əsasları
    • Biznes hüququ

     Magistr pilləsi üzrə

    • Dövlət və hüquq nəzəriyyəsinin problemləri
    •  Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq
    •  Müasir hüquq tarixinin problemləri
    •  Siyasi və hüquqi təlimlər tarixinin problemləri
    •  Müqayisəli hüquqşünaslıq
    •  Hakimiyyətlərin bölünməsi konsepsiyası
    •  Bələdiyyə hüququnun müasir problemləri
    •  Seçki hüququ
    •  Konstitusiya nəzarəti
    •  İnsan hüquqlarının problemləri
    •  Müqayisəli Konstitusiya hüququ
    •  Dövlət qulluğu
    •  Cinayət tövsifinin nəzəri problemləri
    •  İbtidai araşdırma
    •  Cinayət hüququnda cəzanın nəzəri problemləri
    •  Kriminalistikanın metodologiyasının problemləri və cinayətlərin istintaqında müasir elmi-texniki vasitələrin və metodların tətbiqi
    •  Məhkəmə ekspertizasının aktual problemləri
    •  Cinayət mühakimə icraatında məhkəmə sübutları
    •  Müqavilədənkənar öhdəliklər
    •  Əmək mübahisələri və onların həlli qaydası
    •  Əmlakın mülkiyyətə və digər əşya hüququna verilməsi üzrə müqavilələr
    •  Əqli mülkiyyət hüququ
    •  Pensiya hüququnun problemləri
    •  Subyektiv hüquqların məhkəmə müdafiəsi
    •  Beynəlxalq hüquqda nəzarət
    •  Müqayisəli hüquq
    •  Xəzər dənizin beynəlxalq hüquqi statusu
    •  Beynəlxalq terrorizmlə mübarizə problemləri
    •  Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri
    •  Beynəlxalq xüsusi hüququn aktual problemləri