Hava gəmilərinin uçuş istismarı kafedrası

 

Hava gəmilərinin uçuş istismarı kafеdrası

Hava gəmilərinin uçuş istismarı haqqında

Hava gəmilərinin uçuş istismarı kafedrası 1994-cü ildə yaradılmışdır. Kafedra müdiri vəzifəsini «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Respublikasının Əməkdar Pilotu, “Şərəf Nişanı” Ordenli, dosent İlham Əmirov icra edir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

İxtisas:

– Uçuş mühəndisliyi

İxtisaslaşmalar:

– Kommersiya pilotu (CPL)

– Naviqator

– Mülki aviasiya nəqliyyatı pilotu.

Kafedra uçuş heyətinin ixtisasının artırılmasında da mühüm rol oynayır. Bu mühüm vəzifəni yerinə yetirmək üçün kafedrada yüksək ixtisaslı, ABŞ və Avropanın müxtəlif ölkələrində sertifikatlar almış, böyük təcrübəyə malik mülki aviasiya mütəxəssisləri çalışır.

Kafedranın əməkdaşları tərəfindən tədris fənləri üzrə mühazirə və tədris-metodiki vəsaitlər hazırlanmışdır.

Kafedra tələbələrin kompüter və audio-video avadanlığından istifadə etməklə, tədris proqramları və metodiki vəsaitlər hazırlamaq, fənlər üzrə mövcud proqramları yenidən işləmək, MDB və Respublika üzrə aviasiya hadisələrini analiz etməklə uçuşların təhlükəsizliyini təmin etmək istiqamətində əlavə dərslərin keçirilməsi istiqamətində işlər görür.

Kafedrada Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə əsasən «Çoxmühərrikli təyyarə pilotu» (MPL – Multi Pilot License) şəhadətnaməsinin alınması üçün CESSNA 172S təyyarəsində, ATR 42/72 təyyarəsinin FFS (Full Flight Simulator) trenajorunda, Мİ–8 (МТВ) helikopteri və AN-12 təyyarəsi üzrə ixtisasartırma kursları, qəza-xilasetmə kursları üzrə nəzəri və praktiki məşğələlr aparılır.

Kafedranın müəllimləri tərəfindən bütün tədris fənləri üzrə mühazirə konspektləri, həmçinin  tədris-metodiki vəsaitlər hazırlanmışdır.

Kafedranın professor-müəllim heyəti tərəfindən 200-ə yaxın elmi məqalə nəşr etdirilmiş, müxtəlif elmi konfranslarda məruzələr edilmişdir.

Kafedrada aerodinamika, uçuş dinamikası, uçuşların təhlükəsizliyi, aviasiya mühərrikləri, uçuş aparatları elementlərinin qərarlaşmayan qeyri-xətti rəqsləri və digər mövzularda elmi-tədqiqat işləri aparılır.

Kafedranın əməkdaşları

  • İlham Əmirov – kafedra müdiri
  • Musa İlyasov – f.-r.e.d., professor
  • Rauf Cəfərzadə – t.e.d., professor
  • Vitaliy Tarasov – dosent
  • Yaqub Hümbətov – müəllim
  • Toğrul Cəfərzadə – müəllim
  • Otello Ələkbərov – müəllim
  • Tural Xanquliyev – müəllim
  • Fərhad Cabbarov – müəllim
  • Emin Məlikov – müəllim
  • Fərhad Həsənov – müəllim
  • Balaqədeş Quliyev – müəllim
  • Rəfail Xanafiyev – müəllim
  • Mirməmməd Ağayev – müəllim
  • Tamerlan Həsənov – müəllim
  • Arif  Əfəndiyev – müəllim
  • Adıgözəl Adıgözəlov – müəllim
  • Viktor Buzdalin – müəllim
  • Rasimə Sultanova – baş laborant

Kafedra müdiri

Kafedra müdiri İlham Qoca oğlu Əmirov – 1978-ci ildə Kirovoqrad Mülki Aviasiya ali uçuş məktəbini mühəndis-pilot ixtisası üzrə bitirib və ilk dəfə 1979-cu ildə Binə aeroportunda  339 saylı Aviasiya dəstəsində Yak-40 hava gəmisinin 2-ci pilotu vəzifəsində işləyib. 2006-cı ildən Milli Aviasiya Akademiyasının Hava Gəmilərinin uçuş istismarı kafedrasının  müdiri vəzifəsini icra edir və bununla bərabər həm də 2008-ci ildən «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin uçuşların istehsalatı  üzrə vitse-prezidentidir.

Tədris olunan fənlər

  • Uçuşların təhlükəsizliyi
  • Hava gəmisinin uçuş istismarı
  • Hava gəmilərinin uçuş-texniki xarakteristikaları
  • Rəhbər sənədlər
  • Aeromexanika
  • Aeromexanika və uçuş dinamikasının əsasları
  • Aerodinamika və uçuş dinamikası
  • Aerodinamika
  • Aerodromların və aeroportların istismarı
  • Hava gəmisinin uçuş-texniki xarakteristikaları (perfomance JAR.ref.0.32)
  • Kütlə və mərkəzləşmə (Mass and balance – JAR ref. 031)
  • Aviasiya müəssələrində uçuş təhlükəsizliyini təmin edən sistemlər
  • Aviasiya və kosmonavtikanın əsasları
  • Hava naviqasiyası və uçuşların aeronoviqasiya təminatı
  • Konkret uçuş aparatlarının qəza-xilasetmə hazırlığı
  • Cessna 172S təyyarəsində təcrübə
  • Konkret uçuş aparatlarının uçuş istismarına rəhbərlik
  • Konkret uçuş aparatlarının idarəetmə və şturman xidməti təminatı (Сеssnа 172S);
  • Mülki aviasiyada uçuş işinin təşkili
  • Uçuş dinamikası (Principles of Flight 1N – JAR ref. 080)
  • Konkret uçuş aparatlarının praktiki aerodinamikası
  • Hava gəmilərinin qəza-xilasetmə avadanlığı
  • Uçuş və yerüstü xidmət işlərinin təşkili
  • Qəza şəraiti hallarında hava hərəkətinin idarə edilməsi
  • Qəza şəraitində hava gəmilərini tərk edilməsinin xüsusiyyətləri və müvafiq    avadanlıqların istifadəsi
  • Hava gəmilərinin qəza-xilasetmə vasitələri
  • Mülki aviasiyada uçuş qaydaları
  • Hava gəmilərinin uçuş istismarı üzrə təlimat
  • Hava gəmilərinin praktiki aerodinamikası
  • Helikopterin praktiki aerodinamikası  və uçuş istismarı üzrə təlimatı
  • Təyyarənin praktiki aerodinamikası və uçuş istismarı üzrə təlimatı
  • Hava gəmilərinin uçuş-texniki verilənləri və aerodinamikasının əsasları
  • CRM  üzrə hava gəmisinin uçuş heyətinin hazırlığı;
  • Hava gəmisinin qəza-xilasetmə avadanlığı və onların qəza şəraitində istismarı (nəzəri)
  • Hava gəmisinin qəza və xilasetmə, yanğınla mübarizə bacarığı, quruda və suda evakuasiya  proseduraları (nəzəri)
  • AN-12 təyyarəsinin praktiki aerodinamikası  haqqında ümumi anlayış
  • TCAS sistemi
  •  Həyat fəaliyyətinin təhlükəsizliyi
  • Heyətin imkanlarının idarə olunması(CRM-Crew Resource Managemeyt)
  • Aviasiya rəhbər sənədləri (Air Law 1 – JAR ref. 010)
  • Uçuş istismarı qaydaları (Operational Procedures – JAR ref. 070)
  • İnsan amili və məhdudiyyətlər (Human Performance and Limitation – JAR ref. 040)
  • Naviqasiyanın əsasları (General Navigation – JAR ref. 061)
  • Hava gəmilərinin uçuş-texniki xarakteristikaları (Performance 1 – JAR ref.)
  • Uçuşun planlaşdırılması  (Flight Planning 1 – JAR ref. 033)
  •  Kütlə və mərkəzləşmə (Mass and balance – JAR ref. 031)
  •  Vizual uçuş qaydaları üzrə radiorabitə (VFR Communication 1  (Visual Flight Rule) – JAR ref. 090)
  •  Kоnkrеt təyyarənin naviqasiya sisteminin istismarı (GARMİN 1000 (CESSNA 172S təyyarəsi))
  •  Kоnkrеt təyyarənin istismar qaydaları və uçuş-texniki xarakteristikaları (CESSNA 172S təyyarəsi)
  •  Kоnkrеt təyyarənin qəza-xilasetmə avadanlığı (CESSNA 172S təyyarəsi);
  •  Aviasiya mühərriklərinin nəzəriyyəsi (Aviation Engines Theory (Powerplant 1 – JAR ref. 021 03)
  •  Hava gəmilərinin kоnstruksiyası və sistemləri (Airframe and Systems 1 – JAR ref. 021 01)
  •  Aerodinamika (Principles of Flight 1 – JAR ref. 080)
  •  Uçuş dinamikası (Principles of Flight 2 – JAR ref. 080)
  •  Yüksək sürətlər aerodinamikası (High Speeds Aerodynamics (Principles of Flight 3 – JAR ref. 080))
  •  Hava gəmilərinin güc qurğuları (Powerplant 2 – JAR ref. 021 03)
  •  Hidravlika və Uçuş Aparatlarının hidropnevmoqurğuları (Hydraulics, Hydraulic and Pneumatic Devices (Airframe and Systems 2 – JAR ref. 021 01))
  •  Aerodinamika və uçuş dinamikası (Principles of Flight 1N – JAR ref. 080);
  •  Uçuşların  aeronaviqasiya təminatı və Jeppesen
  •  Çoxüzvlü heyətin qarşılıqlı əlaqəsi (kooperasiyası) (Multi Crew Cooperation – MCC))