Ümumi və tətbiqi fizika

    

Ümumi və tətbiqi fizika kafedrası

Ümumi və tətbiqi fizika kafedrası

         “Fizika” kafedrası 1999-cu ildə “Fizika və riyaziyyat fənləri” kafedrası əsasında yaradılmışdır. Yarandığı gündən 2009-cu ilə qədər “Fizika” kafedrasına f.r.e.d., professor Z.A.İbrahimov rəhbərlik etmişdir.

         2009-cu ildən “Fizika” kafedrasına  AMEA-nın həqiqi üzvi, akademik Bahadur Tağıyev rəhbərlik edir. Kafedrada 11 nəfər əməkdaş (2 elmlər doktoru, 6 elmlər namizədi, müəllim, baş laborant və  laborant) fəaliyyət göstərir.

         10.12.2013-cü ildən  kafedranın adı dəyişdirilərək “Ümumi və tətbiqi fizika” kafedrası adlandırılmışdır.

         Kafedranın elmi istiqaməti “Bərk cisim elektronikası” ilə əlaqədardır. Tədqiqatların məqsədi yüksək fotohəssaslığa və effektiv fotolüminessensiya malik yarımkeçirici maddələrin alınması, onların əsasında aviasiyada tətbiq olunan çeviricilərin yaradılmasıdır.

         Kafedrada tədris planına uyğun olaraq müxtəlif ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla “Ümumi fizika” kursu  tədris olunur. Tədris prosesində fizikanın texnikada tətbiqinə və onun başqa elmlərlə əlaqəsinə böyük diqqət yetirilir. Fizikanın aviasiyaya tətbiqi haqqında geniş məlumatlar verilir ki, bu da tələbələrin elmi və bilik səviyyələrinin genişlənməsinə imkan verir. Hər bir ixtisas üzrə beynəlxalq standartlara uyğun tədris proqramları, dərsliklər və metodiki vəsaitlər hazırlanmış və tədrisə tədbiq olunur. Kafedrada 1 akademik, 2 professor və 6 elmlər namizədi olmaqla 10 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Kafedrada bütün laboratoriya işləri üzrə ixtisaslaşdırılmış laboratoriya stendləri və qurğuları mövcuddur. Kafedra üzrə “Mürəkkəb tərkibli xalkogenid yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələri” öyrənilir.

         Kafedranın əməkdaşları tərəfindən ümumilikdə 700-dən çox elmi əsər, dərslik və monoqrafiyalar, dərs vəsaitləri, metodik vəsaitlər və s. işlənib tərtib edilmişdir.       

         102 saylı otaq kafedra müdirinin, müəllimlərin istifadəsinə verilmişdir, 201 saylı otaq elmi-tədqiqat işinə ayrılmışdır, 202, 203 saylı otaqlarda isə komputer təminatlı laboratoriya işləri və digər avadanlıqlar yerləşdirilmişdir.

Kafedranın əməkdaşları

  1.   Kafedrada aşağıdakı əməkdaşlar çalışır:
    1. Bahadur Hüseyn oğlu Tağıyev- AMEA-nın həqiqi üzvü., akademik
    2. Sevda Xasay qızı Ağayeva – f.r.e.n., dosent
    3. İlqar Xasay oğlu Məmmədov – f.r.e.n., dosent
    4. Valentina Qurban qızı Məcidova – t.e.n., dosent
    5. Leyla Əliyevna İsmayılzadə – f.r.e.n., dosent
    6. Sima Məmməd qızı Bidzinova – f.r.e.n., dosent
    7. Rəhim Səlim oğlu Mədətov – f.r.e.d., professor
    8. Kərim Rəhim oğlu Allahverdiyev – f.r.e.d., professor
    9. Ülviyyə Fazil qızı Fərəcova – f.f.d., dosent əvəzi
    10. Ruslan Arif oğlu Abdulheyov – müəllim, b.laborant
    11. Xədicə Sabir qızı Xəlilova -laborant

Kafedra müdiri

Bahadur Hüseyn oğlu Tağıyev 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının fizika institutunda direktor müavini işləmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.

Elmi nəaliyyətləri: Müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilmiş, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanmış (mikrofon, seysmoqəbuledici və s.). Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınmış, Bakı “Azərelektrik işıq” istehsalat birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunmuşdur. Yapon alimləri ilə birlikdə dünyada ilk dəfə CaGa2S4:Eu2+ monokristallarında lazer alınmışdır.

         Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvüdür.

“Şərəf nişanı” ordeni – 1986; V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar “Şərəfli əməyə görə” medalı – 1970; Azərbaycanın SSR Dövlət mükafatı laureatı – 1988; “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.