Dil və ədəbiyyat kafedrasi

 

Dil və ədəbiyyat kafedrasi

Dil və ədəbiyyat kafedrasi

Dil və ədəbiyyat kafedrasi  1994-cü ildə Humanitar fənlər kafedrası adı ilə təşkil olunmuş, 2006-cı ildə isə Dil və ədəbiyyat kafedrası adlandırılmışdır və elə həmin ildən də kafedra müdiri xalq şairi, professor Nəriman Həsənzadə təyin olunmuşdur.

Kafedra əməkdaşları tərəfindən fənnə uyğun mühazirələr (kulturologiya, Azərbaycan ədəbiyyatı və Ali məktəb pedaqogikası fənləri üzrə), metodik vəsaitlər, proqramlar və sillabuslar hazırlanmışdır. Hazırlanmış mühazirələr elektron variantda Milli Aviasiya Akademiyasının kitabxanasına təqdim olunmuşdur.

Kafedranın müəllimləri 20-yə yaxın elmi konfrans və seminarlarda iştirak etmişlər. Kafedra əməkdaşları tərəfindən 40 elmi məqalə, 1 dərslik, 3 monoqrafiya çap olunub, 4 metodik vəsait və 2 proqram isə çapa hazırlanıb.

Hazırda kafedra müəllimləri elmi məqalələrdən ibarət toplunu çapa hazırlayırlar.

Kafedranın əməkdaşları

Kafedrada aşağıdakı əməkdaşlar çalışır:

  1. Nəriman Həsənzadə – kafedra müdiri, fil.e.n., professor
  2. Güldanə Pənahova – fil.e.n., dosent
  3. Ələddin Xəlili – fil.e.n., baş müəllim
  4. Gülsüm Zöhrabova – dosent
  5. Raisə Sadıxova – baş müəllim
  6. Gülər Rzayeva – müəllim
  7. Zümrüd Mehdiyeva – müəllim
  8. Südabə Mehdiyeva – baş müəllim
  9.  Gülər Xəlilova – müəllim
  10.  Tamilla Məmmədova – laborant

Kafedra müdiri

Kafedra müdiri professor Nəriman Əliməmməd oğlu Həsənzadə – 1953-cü  ildə  H.B. Zərdabi adına Pedaqoji İnstitutunu (hazırkı Gəncə Dövlət Universiteti) bitirmişdir. 1961-ci ildə Moskvada M.Qorki  adına Ədəbiyyat İnstitutunu  bitirmişdir. 1953-cü  ildən Azərbaycan Uşaq və Gənclər ədəbiyyatı  nəşriyatında  əmək fəaliyyətinə  başlamışdır. 1965-ci ildə  Bakı Dövlət Universitetində namizədlik  dissertasiyası müdafiə etmişdir. Professor N.Həsənzadə 1997 -ci ildən Milli Aviasiya Akademiyasında humanitar fənlər kafedrasının , 2006-cı ildən  isə Dil  və ədəbiyyat kafedrasının müdiri  vəzifəsində  çalışır.   

Əlaqə tel: + 994 12 497 26 00 (23-92), (24-32)

e.mail: naa-edebiyyat@hotmail.com  

 Əlaqə tel:  + 994 (12) 497 26 00 (23-46)

Tədris olunan fənlər

  • Kulturologiya (Azərbaycan və rus bölmələrində)
  • Azərbaycan dili  (rus bölmələrində)
  • Rus dili (Azərbaycan bölmələrində)
  • Ali məktəb pedaqogikası (magistratura pilləsində)
  • Azərbaycan ədəbiyyatı (Azərbaycan bölmələrində)