Dünya iqtisadiyyatı kafedrası

 

Dünya iqtisadiyyatı kafedrası

Dünya iqtisadiyyatı kafedrası

Dünya iqtisadiyyatı kafedrası 1996-cı ildə yaradılmışdır. 

Kafedrada aşağıdakı ixtisas (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

Dünya iqtisadiyyatı

  • Beynəlxalq iqtisadi münasibətlər
  • Xarici iqtisadi fəaliyyət
  • Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri.

Kafedrada həmçinin 5312.01 – Sahə iqtisadiyyatı ixtisası üzrə doktorant (dissertant) hazırlığı həyata keçirilir.

Kafedranın fəaliyyəti mükəmməl nəzəri və praktiki hazırlığa, digər peşə bilik və vərdişlərinə malik olan, ixtisasların dövlət təhsil standartlarının tələblərinə müvafiq mütəxəssislərin hazırlanmasına yönəldilmişdir.

Kafedranın tabeliyində 1 ixtisaslaşdırılmış auditoriya vardır. İxtisaslaşdırılmış auditoriya “Dünya iqtisadiyyatı” ixtisasının “Beynəlxalq iqtisadi münasibətlər” və “Xarici iqtisadi fəaliyyət” istiqamətlərini əhatə edən plakatlar və lazımi avadanlıqlarla təchiz edilmişdir. Kafedranın yerləşdiyi birinci tədris korpusunun ikinci mərtəbəsinin dəhlizi kafedranın profilinə müvafiq olaraq 42 ədəd müxtəlif təyinatlı plakatlarla işlənmişdir.

Kafedranın əməkdaşları

  • Səfər Pürhani – i.e.d. professor
  • Rövşən Əkbərov – i.e.n., dosent
  • Əhməd Muxtarov – i.e.n., dosent
  • Vəli Vəliyev  – i.e.n., baş müəllim
  • Ayşad İsgəndərov   – müəllim

Kafedra müdiri

Kafedra müdiri Səfər Həsən oğlu Pürhani – 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1978-ci ildə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1987-ci ildə Moskva şəhərində namizədlik, 1993-cü ildə Sank- Peterburq şəhərində doktorluq dissertasiyasını müdafiə edib. İqtisad elmləri doktorudur. 2003-cü ildən Milli Aviasiya Akademiyasında çalışır. 2010-cu ildən kafedra müdiri vəzifəsində işləyir. Mülki aviasiyada innovasiyaların tətbiqi istiqamətində elmi iş aparır.

Əlaqə tel: (+ 994 12) 497 26 00 ( 20-76 və ya 23-41)

 

Tədris olunan fənlər

  • Dünya iqtisadiyyatının tarixi
  • Statistika
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Azərbaycanın xarici ticarət əlaqələri
  • Mühasibat uçotu və audit
  • Dünya iqtisadiyyatı
  • Dünya iqtisadiyyatında informasiya sistemləri
  • Beynəlxalq iqtisadi təşkilatlar
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Transmilli korporasiyalar
  • Ekonometrika
  • Gömrük işi
  • Beynəlxalq kommersiya işi
  • Azərbaycanın və xarici ölkələrin iqtisadi coğrafiyası
  • Birja işinin əsasları
  • Mülki aviasiyanın iqtisadiyyatı
  • Azərbaycan iqtisadiyyatı
  • Qiymətli kağızlar bazarı
  • Beynəlxalq iqtisadi münasibətlərin təhlili
  • Beynəlxalq biznes
  • Beynəlxalq turizm
  • Qiymətli kağızlar bazarı və birja işi
  • Dünya valyuta sistemi
  • Dünya maliyyə bazarları
  • Beynəlxalq maliyyə
  • Beynəlxalq ticarət
  • Xarici ticarət əməliyyatlarının təşkili
  • Sahibkarlığın əsasları
  • Beynəlxalq statistika
  • Xarici iqtisadi fəaliyyətin təşkili və planlaşdırılması
  • Dünya gömrük təcrübəsi, gömrük rüsum və vergiləri
  • Birja işinin əsasları
  • Beynəlxalq valyuta-kredit münasibətlər
  • İqtisadiyyat (sahələr üzrə)
  • İqtisadi təhlil və audit
  • Kommersiya əlaqələrinin təşkili
  • Xarici iqtisadi siyasət