İdman kafedrası

İdman kafedrası Milli Aviasiya Akademiyasında təhsil alan tələbələrin fiziki göstəricilərinin, hərəkət vərdişlərinin və bacarıqlarının formalaşması, sağlamlıqlarının möhkəmlənməsi, həmçinin mənəvi-psixoloji, psixofizioloji keyfiyyətlərinin inkişafı məqsədilə 2005-ci ildə yaradılmışdır. 

Kafedrada dərslər üç istiqamətdə aparılır: İdman, Fiziki və psixofizioloji hazırlıq və Xüsusi döyüş hazırlığı. Kafedranın nəzdində basketbol, mini-futbol, voleybol, sərbəst güləş, şahmat, dama, stolüstü tennis, üzgüçülük və  karate üzrə məşqlər aparılır.

2010-cu ildə Yaponiyada keçirilən kosiki karate-do üzrə yarışmada tələbələrimiz Dünya kubokunun sahibi olmuşlar. Ayrı-ayrı idman növləri üzrə MAA-nın tələbələrindən ibarət komandası Ali təhsil məktəbləri arasında keçirilmiş çempionatlarda, spartakiadalarda və universiadalarda mükafatçı və qalib olmuşlar.

Bədən tərbiyəsi kafedrası müasir tələblərə cavab verən idman kompleksində yerləşir. Kompleksdə əl oyunları zalı, üzgüçülük hovuzu, ağır atletika zalı, güləş zalı, trenajor zalı, stolüstü oyunlar otağı və 2 açıq idman meydançası mövcuddur. Tədris prosesinin təkmilləşdirilməsi üçün 3 fənn proqramı, 8 metodiki vəsait və 1 dərslik dərc edilmişdir. Kafedranın əməkdaşları tərəfindən  bədən tərbiyəsinin, fiziki və psixofizioloji hazırlığın və xüsusi döyüş hazırlığının problemlərinin həlli istiqamətində elmi-tədqiqat işləri aparılır.

Kafedrada aşağıdakı əməkdaşlar çalışır:

  1. Musa Musayev – k.-t.e.n., dosent, SSRİ idman ustası, kafedra müdiri
  2. Talıb Berzigiyarov – dosent, əməkdar məşqçi, 7-ci dan qara kəmər ustası
  3. Aydın Məmmədov – dosent, SSRİ idman ustası, əməkdar məşqçi
  4. Əmrah Əliyev – baş müəllim, SSRİ idman ustalığına namizəd
  5. Teymur Hüseynov – baş müəllim, SSRİ idman ustası, əməkdar məşqçi

Kafedra müdiri Musa İsgəndər oğlu Musayev – 1978-ci ildə İnşaat Mühəndislər İnstitutunun Hidromeliorasiya fakültəsinin mühəndis-hidrotexnik ixtisasını bitirib. 1978-ci ildən Elmi Tədqiqat Əkinçilik institutunda (ETƏİ) baş texnik vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, kənd təsərrüfatı elmlər namizədi elmi dərəcəsi adı alıb. 1992-ci ildən Milli Aviasiya Akademiyasında çalışır.

 Əlaqə tel: (+994 12) 497 26 00 (20-94)