Avionika kafedrası

Avionika kafedrası haqqında

Avionika kafedrası haqqında

Avionika kafedrası 2011-ci ildə yaradılmışdır. Kafedra Aviasiya xüsusi avadanlığı kafedrasının əsasında yaradılmışdır və onun yaradılmasında məqsəd  – Aviasiya texnikası avadanlığının istismarı mühəndisliyi istiqaməti və o cümlədən, digər növ yerüstü və bort aviasiya elektron sistemlərinin istismarı üzrə kadr hazırlığının mütəşəkkilliyini və yüksək keyfiyyətini təmin etməkdir.

Kafedrada aşağıdakı ixtisas (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

050614 – Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

    • Uçuş aparatlarının elektrik, radio və cihaz avadanlıqları

060608 – Elektroenergetika mühəndisliyi

  • Elektrik təchizatı (sahələr üzrə)

Kafedranın nəzdində 3 tədris laboratoriyası fəaliyyət göstərir. Onlardan ümumtexniki laboratoriyada xüsusi stendlərdə «Elektrotexnikanın nəzəri əsasları», «Ümumi elektrotexnika və elektronika», «Aviasiya elektrik maşınları», «Bort rəqəm hesablama qurğuları»ndan , «Uçuşun avtomatik idarəetmə sistemləri»ndən və s. fənlərdən və digər laboratoriyalarda məşğələ dərsləri aparılır. Bundan əlavə “Aviasiya radioelektron sistemləri” və “Cessna 172S” ixtisas sinifləri də istifadəyə verilib.

Kafedranın əməkdaşları

  1. İslam İsgəndərov –  f.-r.e.n, dosent, kafedra müdiri
  2. Mahir Babayev  – t.e.n., professor
  3. Rza Abbasov – baş müəllim
  4. Firdovsi Mahmudlu – t.f.d., baş müəllim
  5. Vüqar Hüseynov – baş müəllim
  6. Nailə Cəfərova – baş laborant
  7. Ənvər Həzərxanov – t.e.d., professor (0,5 şt.)
  8. Toğrul Kərimli – t.e.n., dosent (0,5 şt.)
  9. Feyruz Tağıyev  – t.e.n., dosent (0,5 şt.)
  10. Razim Zeynalov – t.e.n., dosent (0,5 şt.)
  11. İqor Şaxmatov – t.e.n., dosent (0,5 şt.)
  12. Rəhim Rəhimov – t.e.n., dosent (0,5 şt.)
  13. Aydın Əliyev – t.e.n., dosent (0,5 şt.)

Tədris olunan fənlər

  • Elektrik stansiyalarının elektrik hissələri
  • Elektrik ölçmələri
  • Elektrik dəmir yolları
  • Elektrotexnikanın nəzəri əsasları
  • HG-nin pilotaj-naviqasiya kompleksləri
  • Uçuşun avtomatik idarəetmə sistemləri
  • Aviasiya elektrik sistemlərinin və cihaz avadanlıqlarının texniki istismarı
  • Konkret aviasiya texnikası
  • Xüsusi elektrik maşınları
  • Aviasiya elektrosistemləri
  • Avionika sistemləri
  • Aviasiya radioelektron sistemləri
  • HG-lərin informasiya-ölçmə və elektron-cihaz sistemləri
  • Avionikanın informasiya-hesablama sistemləri
  • Konkret UA-nın elektrik, cihaz və radio avadanlığı

Avionika kafedrasında aşağıdakı əməkdaşlar çalışır:

Əlaqə

(+994 12) 497 26 00 (24-26)