Aviasiya radiotexnikasi və elektronikasi kafedrasi

Radioelektronika kafedrası

Radioelektronika kafedrası haqqında

Radioelektronika kafedrası (ilk adı: Aviasiya radiotexnikası və elektronikası) 1996-cı ildə yaradılmışdır.

Kafedranın saytı: www.karte.ucoz.ru

Kafedra müdiri vəzifəsini t.e.d, professor, AMEA-nın müxbir üzvü Afiq Həsənov icra edir.

Kafedrada aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

  1. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

   Nəqliyyat radioavadanlıqlarının texniki istismarı

Radioelektron mübarizə vasitələri

  1. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

   Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə.

Kafedrada həmçinin 3325.02-Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları ixtisası ilə fəlsəfə doktoru (Ph.D) və elmlər doktoru (Sc.D) proqramları üzrə elmi kadrların hazırlığı həyata keçirilir.

Kafedranın nəzdində elektronika və elektronika qurğuları, radiotexniki qurğular və sistemlər tədris laboratoriyaları, radioelektron sistemlərin işlənməsi və tətbiqi problem laboratoriyası, təyyarə radioelektron sistemləri və yerüstü radioelektron sistemləri ixtisaslaşmış sinifləri fəaliyyət göstərir. İxtisaslaşmış sinflər müasir təyyarələrin radioelektron avadanlıqlarının (REA) tərkibini və iş prinsipini əks etdirən əyani plakatlarla və  REA-nın komplektləri və hissələri ilə təchiz olunmuş və növünə görə qruplaşdırılaraq yerləşdirilmiş, laboratoriya stendləri şəklində tərtib olunmuşdur.

Bütün tədris olunan fənlər üzrə mühazirə konspektləri, aparılan laboratoriya işlərinin təsviri hazırlanmış, 4 monoqrafiya, 4 dərslik, 6 dərs vəsaiti və 12 tədris-metodik vəsait çap olunmuşdur.

Kafedrada radiorabitə, radionaviqasiya, radiolokasiya və televiziya vasitələrində, biologiyada, təbabətdə, meteorologiyada, sənaye texnologiyasında infor­masiyanın verilməsi, qəbulu, ayrılması və işlənməsi üçün radioelektron qurğular və sistemlər istiqaməti üzrə elmi tədqiqat işləri aparılır.

Kafedrada «Müşahidə sistemi», «Duman», «Elektron», «MOR», «Elektron» şifrli elmi-tədqiqat işləri yerinə yetirilmişdir.

Kafedranın əməkdaşları

  • Elektronikanın əsasları
  • Elektronika
  • Mikroelektronika
  • Mikroelektronika elementlərinin hazırlanma texnologiyası
  • Dağıtmayan nəzarət zamanı siqnalların aşkar edilməsi və süzgəclənməsi
  • Aviasiya radioelektron sistemləri
  • Elektron cihazları
  • Elektronika qurğuları
  • Radiomateriallar  və radiokomponentlər
  • Elektrik dövrələri  nəzəriyyəsinin əsasları
  • Radiotexniki dövrələr və siqnallar
  • Radioelektron avadanlıqlarda mikroprosessor qurğuları
  • Radioölçmələr
  • Tələbələrin tədris tədqiqat işləri
  • Elektrodinamika və ifrat yüksək tezlik qurğuları
  • Aviasiya radioelektron avadanlığı
  • Antenalar və radiodalğaların yayılması
  • Siqnalların formalaşdırılması və ötürülməsi
  • Siqnallar
  • Havada Hərəkətin İdarəolunması  və naviqasiyanın radiotexniki vasitələri
  • Uçuşların radioelektron təminatı
  • Radioelektron sistemlərin texniki istismarı  və etibarlılığı
  • Radioelektron sistemlərin elektromaqnit uyğunlaşması
  • İnformasiyanın əksetdirmə qurğuları
  • Rabitə sistemləri
  • Radioelektron sistemlərin etibarlığı və texniki diaqnostikası
  • Təyyarə bort radioelektron qurğuları
  • Radiolokasiyanın nəzəri əsasları
  • Radionaviqasiyanın nəzəri əsasları
  • Radiolokasiya sistemləri
  • Radionaviqasiya sistemləri
  • Peyk və mobil rabitə sistemləri
  • Bort radioelektron sistemləri
  • Hava gəmisinin radioelektron avadanlığının texniki istismarı
  • Sxemotexnika
  • Konkret hava gəmisinin bort radioelektron avadanlığı
  • Elektron qurğuları
  • Radioelektronikanın əsasları
  • Elektromaqnit sahə nəzəriyyəsi
  • Elektroradio ölçmələr                                                                    
  • Akustik cihazlar

Kafedra müdiri

Kafedra müdiri t.e.d., professor, AMEA-nın müxbir üzvü Afiq Rəşid oğlu Həsənov – eyni zamanda Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektorudur. O, 1974-cü ildə prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexniki Rabitə İnstitutunu bitirib. «Start» və «Pluq» tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik dissertasiyasını, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyət ilə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. 100-ə qədər elmi əsərin, o cümlədən  ixtiraya verilmiş 7 müəlliflik şəhadətnaməsinin və 2 patentin, 4 monoqrafiyanın, 2 dərsliyin, 3 dərs vəsaitinin və 8 tədris-metodik işin müəllifidir. Kafedra nəzdindəki «Radioelektron sistemlərin işlənməsi və tətbiqi» problem laboratoriyasının rəhbəridir. «Müşahidə»,«Elektron», «Duman», «Radiofikasiya» və s. mövzulu Elmi tədqiqat (ETİ) və Təcrübə konstruktor (TKİ) işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir. A.R.Həsənov 2014-cü ildə AMEA-nın texnika üzrə müxbir üzvü seçilmişdir.

Kurs kataloqu

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Tədris olunan fənlər

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Dərs cədvəli

Empty section. Edit page to add content here.

Mühazirələr və təqdimatlar

Empty section. Edit page to add content here.

Məqalələr

Empty section. Edit page to add content here.

Əlaqə

This is custom heading element