Kimya və materialşünaslıq kafedrası

 

Kimya və materialşünaslıq kafedrası

Kimya və materialşünaslıq kafedrası

Kimya və materialşünaslıq kafedrası 2014-cü ildə yaradımışdır. 

Kafedra əməkdaşları tərəfindən müxtəlif fənlər üzrə işçi proqramlar, sillabuslar, elektron mühazirələr, 10-dan  çox dərslik, monoqrafiya və metodiki vəsait işlənib hazırlanıb, 200-ə yaxın elmi məqalə nəşr etdirilmişdir.

Kafedranın 5-ci tədris binasnda laboratoriyası yaradılır.

Kafedranın elmi istiqamətləri:
1. İstifadə edilmiş mühərrik yağlarından sürtkülərin alınması və işlənmiş yağların yüksək temperaturda adsorbentlər vasitəsilə regenerasiyasının tədqiqi.
2. Poliefiruretan kompozisiyasının antikorroziya xassələrinin tədqiqi.
3. Dəniz mühitində neft karbohidrogenlərinin konsentrasiyasına təsir edən kimyəvi amillərin tədqiqi.

Kafedranın əməkdaşları

  Kafedrada aşağıdakı əməkdaşlar çalışır:

  1. Sevda Məmmədova – k.e.n., dosent, kafedra müdiri
  2. Nazilə Qasımova – k.e.n, dosent
  3. Gülnarə Ömərova – t.e.n, baş müəllim
  4. Cəfər Mehdiyev – k.e.n, dosent, 0,5 şt.
  5. Tofiq Nəcəfov – t.e.n, dosent, 0,5 şt.
  6. Kəmalə Əsgərova – müəllim, 0,5 şt.
  7. Əşrəf Səfərzadə – müəllim, 0,5 şt.
  8. Əkbər Əliyev – müəllim, 0,5 şt.

Kafedra müdiri

Kafedra müdiri, k.e.n., dosent Sevda Xurşud qızı Məmmədova-1969-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1975-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-kimya prosesləri institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonrakı illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində dosent (1977) və professor vəzifələrində işləmişdir. 1989-cu ildə “Azərb SSR Əməkdar Ali Məktəb İşçisi” Fəxri Adına layiq görülmüşdür. 2000-2009-cu illərdə Səudiyyə Ərəbistanında Kral Saud ad. Universitetdə dosent vəzifəsində ingilis dilində Ümumi və üzvi kimya fənlərindən dərs demişdir. 2009-cu ildən Milli Aviasiya Akademiyasında dosent vəzifəsində çalışır.

Əlaqə tel: (+ 994 12) 497 26 00 (34-10)

e-mail: alsa.sv@gmail.com

Tədris olunan fənlər

  • Analitik Kimya
  • Kimya
  • Kimya və YSM
  • Aviasiya yanacaq-sürtkü materialları
  • Ətraf mühitin kimyası
  • Ekoloji geokimya
  • Toksikologiyanın əsasları
  • Aviasiya materiallarının texnologiyası
  • Aviasiya materialşünaslığı
  • Materialşünaslıq
  • Konstruksiya materiallarının texnologiyası
  • Materialşünaslıq və aerokosmik materialların texnologiyası