Avianəqliyyat istehsalatı kafedrası

Avianəqliyyat istehsalatı kafedrası

Avianəqliyyat istehsalatı kafedrası

Avianəqliyyat istehsalatı kafedrası 1999-cu ildə yaradılmışdır.

Kafedrada aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir:

1. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

  • Avianəqliyyat istehsalatının təşkil.

2. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi.

  • Nəqliyyatda daşımaların  və idarəetmənin təşkili (hava nəqliyyatı üzrə)
  • Nəqliyyat logistikası.

Kafedrada «Logistik sistemə inteqrasiya edilmiş hava limanı kompleksi», «Hava nəqliyyatında ədədi və qarışıq yüklərin birgə daşınma texnologiyasının optimallaşdırılması», «Pallet qurğularına uyğunlaşdırılmış yük təyyarələrinin yükləmə-boşaltma əməliyyatlarının təkmilləşdirilməsi», «Aerodromların süni örtüklərinin istismar xüsusiyyətləri və gərginlik deformasiya halı», «Sərnişin daşımaları satışında elektron biletlərin tətbiqi» və s. istiqamətlərdə elmi-tədqiqat və praktik işlər aparılır.

Kafedranın fəaliyyətinin əsas məqsədləri müasir mülki aviasiya nəqliyyatı sistemində sərnişin və yük daşımalarının təşkili, idarə edilməsi, tənzimlənməsi, hava limanlarının, aerovağzal komplekslərinin, yük terminallarının, nəqliyyat sahəsində logistik sistemlərin və mərkəzlərin istismarı üzrə beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir.

Kafedranın məzunları «Azərbaycan Hava Yolları» QSC-nin müəssisələrində, bir sıra ölkədaxili və xarici aviasiya müəssisələrində, həmçinin nəqliyyat – ekspedisiya şirkətlərində uğurla çalışırlar. Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirən məzunlardan A.A.Eyvazov, A.Q.Əhədov, H.Y.Turabov və P.İ.İsmayılov doktoranturanı bitirmiş və hal-hazırda doğma kafedralarında müəllim kimi çalışırlar.

Kafedranın əməkdaşları

  1. Cahangir Əsgərov – kafedra müdiri, t.e.n.
  2. Elman Nəcəfov – kafedra müdirinin müavini, t.e.n., dosent
  3. Mərdan Cəlilov – t.e.d., professor
  4. Heybətulla Əhmədov – t.e.d., professor
  5. Arif Eyvazov –  t.e.n., müəllim
  6. Balağa Kərimov – i.e.n., müəllim
  7.  Cahid Kərimov – baş müəllim
  8. Vasif Qasımov – müəllim
  9. İlham Muradov – müəllim
  10. Cəfər Muradov –  müəllim
  11.  Kəmalə Əzizova – müəllim
  12.  Mehman Əhmədov – müəllim
  13.  Anar Əhədov – müəllim
  14.  Polad İsmayılov – müəllim
  15.  Alim Axundov – müəllim
  16.  Fətulla Hüseynov – müəllim
  17.  Gülər Həsənova – müəllim
  18. Maqsud Əsədov – müəllim
  19.  Seydulla Əliyev – müəllim
  20.  Azər Qurbanov – müəllim
  21. Günel Çobanova – baş laborant.

Kafedra müdiri

Kafedra müdiri Cahangir Cəlal oğlu Əsgərov – 1991-1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1993-1996-cı illərdə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Türkiyə Respublikasındakı nümayəndəliyinin baş təmsilçisi vəzifəsində işləmiş, 15 iyul 1996-cı ildən etibarən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Baş direktoru vəzifəsində çalışmışdır. C.C.Əsgərovun təşəbbüsü ilə Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrası açılmış və o, hal-hazırda həmin kafedranın fəaliyyətinə ictimai əsaslarla rəhbərlik edir. 1998-ci ildə Milli Aviasiya Akademiyasında nəşr edilmiş “Rusca-ingiliscə-Azərbaycanca aviasiya terminləri lüğəti”nin, “Aviasiya terminlərinin izahlı lüğəti”nin, və Azərbaycanda ilk “Aviasiya Ensiklopediyası”nın müəlliflərindən biridir. 1999-cu ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 2002-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Ukraynanın V dərəcəli “Knyaz Yaroslav Mudri”ordeni ilə təltif edilmişdir. 10 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə C.C.Əsgərov “Şöhrət” ordeni ilə təltif edilmişdir. C.C.Əsgərov həmçinin Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına və iki ölkənin mülki aviasiya sahəsində əlaqələrinin güclənməsinə xüsusi töhfə verdiyinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. 31 may 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan mülki aviasiyasının inkişafında xidmətlərinə görə C.C.Əsgərova “Əməkdar pilot” fəxri adı verilmişdir.

Avianəqliyyat istehsalatı kafedrasının müdir müavini, t.e.n., dosent Elman Mehdi oğlu Nəcəfov 1993-cü ildən Milli Aviasiya Akademiyasında  baş müəllim, dosent, 1997-2003-cü illərdə Avianəqliyyat istehsalatı və ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Aviasiya nəqliyyatı sahəsində 60-a yaxın elmi məqalə və tədris-metodiki vəsaitlərinin müəllifidir. Milli Aviasiya Akademiyasının Elmi şurasının və İxtisaslaşmış Elmi Seminarının üzvüdür. Onun rəhbərliyi altında aspirant Arif Eyvazov dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əlaqə tel:  (+994 12)  497 26 00 (20-28)

Əlaqə

(+994 12) 497 26 00 (24-26)

[/vc_row]