Ali riyaziyyat kafedrası

 

Aeronaviqasiya Ali riyaziyyat kafedrası

Ali riyaziyyat kafedrası haqqında

Ali riyaziyyat kafedrası 2011-ci ildə Riyaziyyat və mexanika kafedrasının əsasında yaradılmışdır.

Tələbələri lazımi informasiya ilə təmin etmək üçün kafedrada informasiya lövhəsi vardır. Burada qrafiki işlər, kurs işlərinin, kurs layihələrinin yerinə yetirilməsi üçün zəriri məlumatlar, qaydalar və nümunələr verilir. Habelə kafedra əməkdaşlarının elmi fəaliyyətini əks edən stend var. Hər il tələbələr  arasında “Ali riyaziyyat” fənni üzrə olimpiadialar keçirilir. Ən çox fərqlənənlər Respublika ali məktəblər arası olimpiadada iştirak edirlər. Bundan başqa  əlaçı tələbələr elmi iş aparmağa cəlb edilir və onların nəticələri Akademiyanın tələbə elmi konfranslarında müzakirə edilir.

Kafedrada aşağıdakı elmi-tədqiqt işləri aparılır:

– Hava gəmilərinin müxtəlif funksional alt sistemlərinin tədqiqində və aviasiya mütəxəssislərinin hazırlanmasında öyrədici proqramların işlənilməsi;

– Qeyri-hamar analiz üsullarının köməyi ilə iqtisadi-riyazi modellərin tədqiqi.

Kafedranın əməkdaşları

  1. Akif Hacıyev –  f.-r.e.d., professor, AMEA-nın həqiqi üzvü, kafedra müdiri
  2. Cəfər Ağalarov – f.-r.e.d., professor
  3. Lətif Talıblı – f.-r.e.d. professor
  4. Fariz Əliyev – f.-r.e.n., dosent
  5. Məmmədəli Şəfiyev – f.-r.e.n., dosent
  6. Rəhman Baxışov – f.-r.e.n., dosent
  7. Mübariz Hacıbəyov – f.-r.e.n, dosent
  8. Sadəddin Sərdarlı – f.-r.e.n., dosent
  9. Rəmziyyə Matorina – baş laborant
  10. Esmira Rüstəmova – laborant

Kafedra müdiri

Kafedra müdiri Akif Cəfər oğlu Hacıyev – AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, AMEA-nın Riyaziyyat və mexanika institutunun direktoru, əməkdar elm xadimidir. Harmonik analiz, yaxınlaşma nəzəriyyəsi, çoxölçülü sinqulyar inteqral operatorlar və potensiallar nəzəriyyəsi sahəsində tətqiqatlar aparır. A.C.Hacıyevin rəhbərliyi altında 30 elmlər namizədi və 1 elmlər doktoru yetişmişdir. 100-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir.

Əlaqə

(+ 994 12) 497 26 00 (23-37)