Aeronaviqasiya kafedrası

Aeronaviqasiya kafedrası

Aeronaviqasiya kafedrası haqqında

Aeronaviqasiya kafedrası 2007-ci ildə yaradılmışdır.

Kafedra aşağıdakı ixtisas (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığını həyata keçirir: 

Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

 Hava nəqliyyatı hərəkətinin idarə olunması

Aeronaviqasiya təminatı.

Kafedranın uçuş naviqator trenajorları bölməsində An-2 təyyarəsinin kompleks trenajoru, Tu-154 təyyarəsinin xüsusiləşdirilmiş naviqasiya trenajoru «SNT DVİNA» adlı trenajorlar var.
Aeronaviqasiya kafedrasının nəzdində “Aviasiyada insan amili” problem laboratoriyası yaradılmışdır. Laboratoriyaya b.e.d., prof. Arif Məmmədov rəhbərlik edir.
Kafedrada əsasən yüksək ixtisaslı mülki aviasiya mütəxəssisləri çalışır. Kafedra əməkdaşlarının siyahısı:

Kafedranın əməkdaşları

  1. Valeri Sultanov – t.e.n., dosent, kaf. müdiri
  2. Bala Mirzəyev – t.e.n., baş müəllim
  3. Fərail Kərimov – müəllim
  4. Emil Rəhimov – müəllim
  5. Vahid Qədirov – müəllim
  6. Vüsal İbrahimov – müəllim
  7. Səfa Məmmədov – müəllim
  8. Aleksandr Telegin – müəllim
  9. Ramiz Bəşirov – müəllim
  10. Rövşən Sultanov – müəllim
  11. Rövşən Cəfərov – müəllim
  12. Əbubəkir Səidov – müəllim
  13. Gennadiy Malafeyev – müəllim
  14. Zümrüd Əhədova – laborant

Kafedra müdiri

Kafedra müdiri Valeri Zeynatdinoviç Sultanov – Kirovoqrad (Ukrayna) uçuş məktəbini və Sankt-Peterburq (Rusiya) Mülki Akademiyasının “Hava gəmilərinin uçuş istismarı və havada hərəkətin idarə edilməsi” ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə 1972-ci ildən başlamışdır. Kafedra müdiri olmaqla yanaşı Valeri Sultanov “Aərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinin direktoru vəzifəsində çalışır.

Əlaqə

(+994 12) 497 26 00 (24-80) ;
(+994 12) 497 27 19;