Əsas Səhifə

“Radioelektronika” kafedrası 1996-cı ildə “Aviasiya radiotexnikası və elektronikası” adı altında yaradılıb. Kafedrada “050627-Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası, “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı” və “Radioelektron mübarizə vasitələri” ixtisaslaşmaları və “050628-Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası, “Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə” ixtisaslaşması üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir.
Həmçinin “3325.02-Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları” ixtisası üzrə elmi kadrların hazırlığı həyata keçirilir – fəlsəfə (Ph.D.) və elmlər doktoru (Sc.D.) proqramları üzrə.
Kafedrada radiorabitə, radionaviqasiya, radiolokasiya və televiziya vasitələri, müxtəlif növ informasiyaların ötürülməsi, qəbulu, emalı və işlənməsi üçün radioelektron qurğular və sistemlər istiqaməti üzrə elmi-tədqiqat işləri aparılır. “Müşahidə sistemi”, “Duman”, “Elektron”, “MOR” şifrli elmi-tədqiqat işləri yerinə yetirilib.
Kafedranın nəzdində elektron və radiotexniki qurğular və sistemlər tədris laboratoriyaları, radioelektron sistemlərin işlənməsi və tətbiqi problem laboratoriyası, hava gəmisi radioelektron sistemləri və yerüstü radioelektron sistemləri ixtisaslaşmış auditoriyalar fəaliyyət göstərir.